Accessibility links

Naxçıvanın keçmiş daxili işlər və təhsil nazirləri həbs edilib


Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov

Naxçıvan Muxtar Respublikasınnın keçmiş daxili işlər və təhsil nazirləri saxlanılıb.

Bu məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti təsdiq edib.

Keçmiş daxili işlər naziri Əhməd Əhmədov barəsində istintaqı prokurorluq orqanları aparır.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Öz növbəsində, Əhməd Əhmədovun vəkili və yaxınları onun saxlanılmasına hələ münasibət bildirməyib.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. Əhmədov 2017-ci ildə Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildikdən sonra qardaşı Əvəz Əhmədov cinayət məsuliyyətinə cəlb olunub.

Yerli mediada Əhmədovun nazir olduğu dövrdə insan hüquqlarının pozması və müxalif fəallara qarşı işgəncə verilməsi barədə məlumatlar dərc edilməkdədir.

Lakin bu məlumatlara hələ heç bir rəsmi orqan münasibət bildirməyib. Bununla yanaşı, rəsmi qurumlar bir qayda olaraq işgəncə və qeyri insani rəftarla bağlı məlumatları qərəzli sayır və təkzib edir.

Məmməd Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Onun konkret nədə ittiham edildiyi açıqlanmır.

Təhsil nazirnin saxlanılması ilə bağlı onun yaxınları və vəkili hələ açıqlama verməyib.

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Əsgərov da 2016-cı ildə həbs edilib. O, “böyük ölçüdə mənimsəmə və ya israf”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə səlahiyyətlərini aşma” maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG