Accessibility links

Naxçıvanda 18 nəfər koronavirusa yoluxub


Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 18 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir," məlumatda deyilir.

Məlumata görə, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicəsi davam etdirilir. Ağırlaşma halları yoxdur.

Ümumilikdə ölkədə 584, həmçinin Naxçıvanda 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

XS
SM
MD
LG