Accessibility links

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçiləri taktiki-xüsusi təlim keçirir


“Bayraktar-TB2” pilotsuz uçuş aparatı təlim zamanı
“Bayraktar-TB2” pilotsuz uçuş aparatı təlim zamanı

İyunun 21-dən 23-dək Azərbaycanın Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.

Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.

Əlahiddə Ümumqoşun Orduda ərazinin, hava şəraitinin və relyefin planlaşdırma zamanı əməliyyatlara təsirini qiymətləndirmək, qoşunların idarəedilməsi və fəaliyyətlərinə nəzarətin təşkili məqsədi ilə Coğrafi Analiz Sistemindən istifadəyə başlanıb.

Ümumilikdə Azərbaycan Orudusu bu il Türkiyə Ordusu ilə birgə intensiv təlimlər keçirir.

Belə ki, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.

Martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.

Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.

Mayın 22-də Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim olub.

Azərbaycan hərbçilərinin növbəti birgə təlimi mayın 24-də olub. Hərbçilər Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “iyunun 21-dən 23-dək keçirilən Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak edir. Təlimlərə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi qatılıb.

XS
SM
MD
LG