Accessibility links

Naxçıvan sakini MTN-ə çağırılıb və cəsədi qaytarılıb


Naxçıvan sakini MTN-ə çağırılıb və cəsədi qaytarılıb
Naxçıvan sakini MTN-ə çağırılıb və cəsədi qaytarılıb

Turac Zeynalovun atasına deyiblər ki, oğlu İrana işləyir. “Turacı məcbur edirdilər ki, xain olduğu haqqında ərizəyə imza atsın. O da bunu etmədiyinə görə döyüb öldürüblər”.

Avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalov Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb və geri qayıtmayıb.

Turan agentliyinin məlumatına görə, Turacın valideynləri onun avqustun 25-də Naxçıvan Muxtar Respublikasının MTN-də olduğunu bilib. Onun İsa adlı qardaşı agentliyə deyib ki, avqustun 25-də valideynləri MTN-də Turacla başına torba salınmış vəziyyətdə görüşüb. “Valideynlərim dedi ki, onu o qədər döymüşdülər ki, yeriyə bilmirdi”.

Turacın atası Şuriyyə Zeynalov Turana bunları deyib: “Bizə dedilər ki, oğlunuz vətən xainidir. O, İrana işləyir. Mən sübut etdim və bildirdim ki, oğlum elə bir iş görməz. Onu məcbur edirdilər ki, xain olduğu haqqında ərizəyə imza atsın. O da bunu etmədiyinə görə döyüb öldürüblər”.

Öz növbəsində, İsa Zeynalov qeyd edib ki, Turacın cəsədi avqustun 28-də qohumlarına xəbər verilmədən kəndlərinə aparılıb. “Turacın bədənində göy ləkələr, qançır izləri var idi. Başı eybəcər hala salınmışdı. Ailəmizə ölümün səbəbləri ilə bağlı heç bir sənəd, tibbi rəy verilmir”.

Turac Zeynalovun ölümünün səbəbi məlum deyil. Bu barədə rəsmi məlumat yayılmayıb. Hazırda ölkədə bayram günləri olduğundan nə Naxçıvan MR, nə də Azərbaycan MTN-nin mətbuat xidmətlərinin telefonlarına cavab verən yoxdur.

XS
SM
MD
LG