Accessibility links

Nayrobidə otelə terrorist hücumu olub


Nayrobidə otelə terrorist hücumu olub
please wait

No media source currently available

0:00 0:01:19 0:00

Nayrobidə otelə terrorist hücumu olub

Kenyanın paytaxtı Nayrobi şəhərinin mərkəzində yerləşən otelə terrorist hücumu olub.

Dusit D2 otelinə edilən hücum çərşənbə axşamı günortadan sonra saat başlayıb. Şahidlər ən azı bir partlayışın baş verdiyini və davamlı olaraq silah səslərinin gəldiyini bildirib.

Keniya xəbər agentliklərinin verdiyi məlumata görə, hücum nəticəsində birdən çox insan ölüb. Məlumat rəsmilər tərəfindən təsdiqlənməyib.

Amerikanın Səsinin Somali xidməti bildirib ki, terror hücumuna görə məsuliyyəti Somalidə fəaliyyət göstərən Əl-Şəbab qruplaşması öz üzərinə götürüb.

Binalardan qaçıb xilas olan işçilər çoxlu sayda silah səsi eşitdiklərini və iş yoldaşlarının təhlükəsizlik üçün ofis və masaların altında gizləndiyini bildirib.

Hücum Nayrobi məhkəməsinin 2013-cü ildə ticarət mərkəzlərinin birinə edilən hücuma köməklik etməkdə ittiham olunan üç şübhəliyə qarşı məhkəmə prosesinə başlamaq haqqında qərarından bir gün sonraya təsadüf edib.

67 nəfərin ölümü ilə nəticələnmiş Vestqeyt ticarət mərkəzinə edilən hücumun məsuliyyətini də Əl-Şəbab qruplaşması öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG