Accessibility links

Nazarbayev Çinin Dostluq ordeni ilə təltif edilib


Qazaxıstanın eks prezidenti Nursultan Nazarbayev və Çin prezidenti Şi Tsinpin
Qazaxıstanın eks prezidenti Nursultan Nazarbayev və Çin prezidenti Şi Tsinpin

Çin prezidenti Şi Tsinpin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşüb və onu Dostluq ordeni ilə təltif edib. Bu haqda məlumatı eks prezident Nazarbayevin mətbuat xidməti verib. Dostluq ordeni Çində xarici vətəndaşlara verilən ən yüksək mükafatdır.

Nazarbayev Şi Tsinpinlə görüş zamanı deyib ki, o, Çinlə “yüksək səviyyədə anlaşma və əməkdaşlıq naminə çalışıb”.

Bundan önvə Nazarbayev Pekində keçirilən “Bir kəmər, bir yol” adlı forumda “yeni geo-siyasi reallığın” yaradılmasına çağırıb.

"Bir kəmər, bir yol" forumunda iştirak edən dövlət başçıları
"Bir kəmər, bir yol" forumunda iştirak edən dövlət başçıları

Dünyanın 37 ölkəsinin dövlət başçılarının iştirakı ilə keçən “Bir kəmər, bir yol” forumu Çinin trilyon dollarlıq genişmiqyaslı infrastruktur layihəsinin gerçəkləşməsinə həsr edilib. Bu layihə çərçivəsində Çin və Afrika, Avropa və Asiyanın müxtəlif regionları arasında erengetika infrastrukturu, dəmir və dəniz yolları əlaqələrinin yaxşılaşdırılması nəzərdə tutulur.

Amerika Birləşmiş Ştatları və Avropanın bir sıra ölkələri təşəbbüsü tənqid edərək, layihədə iştirak edən bəzi inkişaf etməkdə olan ölkələr üzərinə onların daşıya bilməyəcəyi borc öhdəlikləri qoyulduğunu bildirib.

Son illər isə beynəlxalq hüquq müdafiəçiləri və Qərb ictimaiyyəti Çini Sincan vilayətində “təlim-tərbiyə düşərgələri” proqramını genişləndirdiyinə görə tənqid edir. Sincan regionu əsasən uyğurlarla yanaşı qazaxlar, qırğızlar və tatarlar kimi bir sıra etnik azlıqların nümayəndələrinin də yaşadığı regiondur.

Arxiv fotosu - Sincan vilayətində silahlı mülki şəxslər Hotan bazarında vəziyyətə nəzarət edir, 3 noyabr, 2017.
Arxiv fotosu - Sincan vilayətində silahlı mülki şəxslər Hotan bazarında vəziyyətə nəzarət edir, 3 noyabr, 2017.

Nazarbayev 2017-ci ildə hökumət orqanlarını Sincanda baş verənləri araşdırmağa çağırıb, Qazaxıstan parlamenti isə Çini etnik qazaxların sıxıdırılmasında ittiham edib.

Beynəlxalq hüquq təşkilatları və kütləvi informasiya vasitələri Çində etnik uyğurlar, qazaxlar və qırğızların sıxışıdırılmaları və Sincanda “siyasi təlim-tərbiyə düşərgələrində” saxlanmaları barədə 2017-ci ilin aprel ayından xəbər verirlər. Düşərgələrdə saxlanılan etnik azlıq nümayədəndələri işgəncələr və sərt şəraitin mövcud olduğu haqda məlumat veriblər.

Pekin işgəncələr barədə ittihamları rədd edərək, düşərgələri “siyasi təlim-tərbiyə mərkəzləri” adlandırır. Çin bu mərkəzlərin radikallaşmanın qarşısını almaq məqsədi daşıdığını və onların insanlara qanunların və mandarin dilinin öyrədilməsi məqsədilə yaradıldığını bildirir.

XS
SM
MD
LG