Accessibility links

İran mənşəli britaniyalı qadın yenidən Tehran həbsxanasına qaytarılıb


2016-cı ildən Tehranda həbsdə olan İran mənşəli britaniyalı qadın 6 gün ictimai xəstəxananın psixiatrik şöbəsində saxlandıqdan sonra yenidən həbsxanaya qaytarılıb.

40 yaşlı Nazənin Zaqari-Ratkliff 6 gün ərzində yatağa zəncirlənmiş və ciddi mühafizə altında xəstəxanada olub.

Həyat yoldaşı Riçard Ritkliffin dediyinə görə, bundan sonra o özünü “sındırılmış” hiss edib.

Nazənin Zaqari-Ratkliff iğtişaşa çağırış ittihamı ilə 5 il müddətinə həbsə məhkum edilib.

Müttəhimə anası və 5 yaşlı qızı Qabriella ilə görüş imkanı verilib.

"Mənə otaqdan çıxmağa icazə verilmirdi. Yatağa zəncirlənmişdim. Bu, yaxşı bir işgəncə idi” - deyə, Nazənin Zaqari-Ratkliff bildirib.

Riçard Ritkliffin dediyinə görə, indi vəkillər Səhiyyə Komissiyası ilə iş apararaq, onun sağlamlıq durumu zəminində azad edilməsinə çalışacaq.

“Thomson Reuters Foundation” media qrupunda çalışan Nazənin ona qarşı irəli sürülən ittihamları rədd edir.

Bu həbs Tehranla London arasında gərginliyə səbəb olub.

XS
SM
MD
LG