Accessibility links

Nazir: Azərbaycan məktəblərində 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub


Oktyabrın 16-da Azərbaycan məktəblərində 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 16-da 15 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Ötən gün 6 sinif və 10 məktəb distant təhsilə keçib. Ümumilikdə indiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.

Son günlər koronavirusa yoluxma halının dəfələrlə artması səbəbindən bu gün Nazirlər Kabineti noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edib.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.

Nazir 1597 şagirdin COVID-19 xəstəsi ilə təmasda olduğunu deyib.

"Bir qism şagird evdə, ailədə və başqa yerdə yoluxub. Məktəbə gəlmiş təxminən 25 faiz şagird, yəni 4 şagirddən 1-i yoluxub. Amma belə olmayıb ki, bir sinifdə 4-5 şagird xəstələnsin və ailələrini xəstələndirsin. Müəllimlərlə bağlı vəziyyət bir qədər başqadır, bu da yaş və virusun xüsusiyyətlərindən asılıdır. Bir neçə məktəbdə müəllimlər arasında kütləvi yoluxma halına rast gəlmişik. Yoluxmanın coğrafiyasına gəldikdə, məhz bu səbəbdən bütün ölkə məktəblərində tətil elan eləməliyik. Böyük məktəblər Bakı, Sumqayıt, Abşeronda olduğu üçün daha riskli görünür. Amma bununla belə çox kiçik kəndlərdə də yoluxma var. Virusa görə birinci bağlanan məktəb Quba rayonunun Qamqam kənd məktəbi olub, hansı ki, ən balaca məktəblərdən biridir. Bu mənada virus hər yerdədir və biz harada yaşamağımızdan asılı olmayaraq diqqətli olmalıyıq ki, həm həkimlərimizə, həm də ordumuza, əsgərlərimizə dayaq olaq,” nazir qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi noyabrın 2-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG