Accessibility links

ABŞ-ın müdafiə naziri Cənubi və Şimali Koreya arasında başlanan dialoqdan məmnundur [Video]


ABŞ-ın müdafiə naziri Cənubi və Şimali Koreya arasında başlanan dialoqdan məmnundur
please wait

No media source currently available

0:00 0:01:53 0:00

ABŞ-ın müdafiə naziri Cənubi və Şimali Koreya arasında başlanan dialoqdan məmnundur

Şimali Koreyaya qarşı birləşmiş bir cəbhə olaraq Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri Sakit Okean Komandanlığının qərargahında bit araya gələrək, toplantı keçiriblər.

“Bizim birgə qoşunlarımız çiyin-çiyinə verərək Cənubi Koreya və ya ABŞ-a qarşı edilə biləcək istənilən hücumun qarşısını almağa hazırdır." - deyə, Cim Mattis bildirib.

Şimali və Cənubi Koreya gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiadaları oyunları ilə bağlı danışıqlar aparır.

Şimali Koreya oyunlara heyət göndərməyi qəbul edib.

Mattis danışıqları dəstəklədiyini bildirib. Ancaq danışıqların nəticələri ilə bağlı fikrini ehtiyatla söyləyib.

“Olimpiya oyunları ilə bağlı danışıqlar bütün problemlərin həlli anlamına gəlmir.” - deyə, nazir əlavə edib.

Cənubi Koreyanın müdafiə naziri isə öz növbəsində Şimali Koreya ilə danışıqlara ABŞ-ın da daxil olmasını istədiyini vurğulayıb.

Şimali Koreya sentyabr ayında altıncı və ən böyük nüvə sınağını reallaşdırıb. Həmçinin ballistik raket proqramı da inkişaf etdirir.

“Problem odur ki, güclü təzyiqin olduğu belə vəziyyətlərdə səhvən və ya təsadüfən müharibənin başlanmasına səbəb ola bilərsən. Beləliklə, insanlar qarşı tərəfin etdiyindən daha pisini etməyə çalışacaq. Düşünürəm ki, diplomatiya və danışıqlar üçün hələ də variantlar var." - deyə, ABŞ-Koreya İnstitunun təmsilçisi Con Merril bildirib.

Səfəri zamanı Şimali Koreya lideri Kim Conq Un-un ABŞ-a hücum etmək kimi bir planı olub-olmadığına dair suala cavab verən müdafiə naziri Cim Mottis bildirib ki, Kimin davranışını praqnozlaşdırmaq üçün onun çox təvazökar gözləntiləri var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG