Accessibility links

Nazir qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir


Nazir qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir
Nazir qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir

Hazırda 1 kiloqram sümüklü mal əti 8 manat 50 qəpik (10 dollar 50 sent), qoyun əti isə 10 manatdır (12 dollar 20 sent).

Azərbaycanda ətin qiymətinin artırılması üçün heç bir əsas yoxdur. Qiymətlər süni şəkildə artırılır. Ətin qiymətini süni şəkildə artıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, 2011-ci ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsulları 9,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,2 faiz artıb. “Göründüyü kimi, bütün növ kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının qiymətlərində, əksinə enmə müşahidə edilməlidir”, - deyə nazir qeyd edib.

Son aylarda Azərbaycanda mal və qoyun ətinin qiyməti 20 faizdən çox artıb. Hazırda 1 kiloqram sümüklü mal əti 8 manat 50 qəpik (10 dollar 50 sent), qoyun əti isə 10 manatdır (12 dollar 20 sent).

XS
SM
MD
LG