Accessibility links

Azərbaycanın energetika naziri vəfat edib


Sənaye və energetika naziri Natiq Əliyev
Sənaye və energetika naziri Natiq Əliyev

Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib. Nazirin vəfat etməsi ilə bağlı xəbərləri Energrtika Nazirliyi təsdiq edib.

Natiq Əliyev bir neçə gün öncə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Oradan isə İstanbulun "Florence Nightingale" klinikasın aparılıb.

Bu gün nazirin vəziyyəti qəfildən pisləşib və o vəfat edib.

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

O 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.

22 oktyabr 2013-cü ildə energetika naziri vəzifəsinə təyin edilib.

XS
SM
MD
LG