Accessibility links

NBA komandasının menecerinin Honq Konqla bağlı şərhi çinlilərin qəzəbinə səbəb olub


NBA komandasının menecerinin Honq Konqla bağlı şərhi çinlilərin qəzəbinə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:06 0:00

NBA-in (Milli Basketbol Assosiasiyası)Houston Rockets komandası 2000-ci illərin əvvəlində çinli ulduz Yao Minq klubda oynamağa başlayandan sonra Çində populyarlaşıb. Lakin bu həftə komandanın baş meneceri Honq Konqdakı demokratiya tərəfdarlarına dəstəyini ifadə edən tvit atandan sonra Çində komandaya qarşı münasibət dəyişib. Həm liqa həm də komanda baş menecerin sözləri ilə razılaşmadıqlarını bildirib.

Yaponiyada Toronto Raptors ilə Houston Rockets komandaları arasında NBA oyunundan öncə məşq oyunu keçirilib.

NBA klubu Houston Rockets-in baş meneceri Honq Konq barədə münasib olmayan qeydlər edib. Biz bunun qəti əleyhinəyik və klubla əməkdaşlığımızı dayandırmışıq.
Liu Yanq

“Bəli, biz üzr istədik. Bilirsiz, biz Çini sevirik. Biz oraya oynamağı sevirik”, Houston Rockets komandasının müdafiəçisi Ceyms Harden deyib.

Rockets komandasının müdafiəçisi Ceyms Harden komandanın baş meneceri Daril Morenin cümə günü atdığı tvitə görə üzr istədiyini bildirib. More artıq sildiyi həmin tvitdə “Azadlıq üçün Mübarizə Aparın. Honq Konqu Dəstəkəyin” yazmışdı.

Mori o zamandan bəri özünü yazdığı o şərhdən uzaqlaşdırmaq üçün əlavə bir neçə tvit atıb. Komandanın sahibi isə Morenin Houston Rockets-in düşüncələrini əks etdirmədiyinə açıqlıq gətirib. NBA baş menecerin düşüncələrinin bir çox çinlini “incitdiyinə” görə məyusluğunu ifadə edib.

Çinin dövlət idman kanalı CCTV5 bazar ertəsi yayımlanan proqramda bu bəyanatı yayıb:

“NBA klubu Houston Rockets-in baş meneceri Honq Konq barədə münasib olmayan qeydlər edib. Biz bunun qəti əleyhinəyik və klubla əməkdaşlığımızı dayandırmışıq”, CCTV News-un aparıcısı Liu Yanq bildirib.

Rockets Çində Yao Minqin komandada oynamağa başlamasından sonra populyarlaşıb.

Yao Minq
Yao Minq

Hazırda basketbol Çində ən populyar idman növüdür. Orada basketbola yarım milyard insan azarkeşlik edir.

“Onlar bizi sevir və dəstəkləyir. Biz də fanatlarımız olaraq onlara dəyər veririk. Biz onları sevirik, onların bizə həm fərdi həm də təşkilat şəklində verdiyi dəstəyə görə minnətdarıq. Biz sizi sevirik”, Ceyms Harden deyib.

Morenin tvitindən sonra indi də idman geyimləri brendləri və sponsor korporasiyalar komanda ilə işlərini dayandırdıqlarını bildirir.

Bu mübahisənin diqqət mərkəzində isə Honq Konqda aylardır polis zorakılığına qarşı və Çindən muxtariyyət tələbi ilə keçirilən etirazlarlardır. Demokratiya naminə keçirilən nümayişlər bu ilin mart ayında başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG