NBC xəbər kanalı ABŞ rəsmilərinə istinadən bildirir ki, ABŞ kəşfiyyat agentliyi Şimali Koreyanın son aylarda gizli məkanlarda nüvə silahları üçün yanacaq hasilatını artırdığını və Birləşmiş Ştatlarla nüvə danışıqlarda güzəşt axtarırkən bu faktı gizlədə biləcəyini düşünür.
NBC adı çəkilməyən beş ABŞ rəsmisinə istinad edərək bildirib ki, son aylarda Şimali Koreya Birləşmiş Ştatlarla diplomatik danışıqlar aparsa da, nüvə silahları üçün zənginləşdirilmiş uran istehsalını artırıb.
Şəbəkə bildirib ki, ABŞ rəsmiləri kəşfiyyat təhqiqatının Şimali Koreyanın Yongbyondakı nüvə yanacağı hasilatı təsisindən əlavə birdən çox başqa gizli nüvə təsislərinin olduğunu söyləyib.
Mərkəzi Kəşfiyyat Agentliyi NBC-nin xəbəri ilə bağlı şərh verməkdən imtina edib. Dövlət Departamenti bu məlumatı təsdiqləyəməyəcəyi söyləyib.
Hesabatda həmçinin Şimali Koreyanın Birləşmiş Ştatlara təhlükə yaradan silah proqramından əl çəkmək üçün ciddi danışıqlara hazır olub-olmadığını sual edilir.
NBC bir yüksək səviyyəli ABŞ kəşfiyyat rəsmisinə istinadən söyləyib ki, Şimali Koreyanın sammitdən öncə nüvə və raket sınaqlarını dayandırmaq qərarı gözlənilməz olub, iki tərəfin danışıqların aparması isə müsbət addımdır.
Kaliforniyanın Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun Yaxın Şərqdə Nüvə Silahların Yayılmaması proqramının direktoru Ceffri Lüis deyib ki, NBC-nin xəbərində iki “bombanın”olduğunu deyib.
O bildirib ki, Şimali Koreyanın nüvə yanacağını zənginləşdirmək üçün Yongbyondan başqa azı bir başqa təsisinin olduğu artıq hər kəsə bəllidir.
“Bu hesabatda azı bir gizli təsisin olduğu bildirilir. Bu isə o deməkdir ki, azı üç, bəlkə də daha çox təsis var”- deyə, o bildirir.
Şimal Koreya sammitdə “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi” yolunda işlər görəcəyinə söz verib, lakin Kim və Trampın imzaladığı birgə bəyanatda Pxenyanın nüvə silahlarından nə zaman və necə əl çəkəcəyinə dair heç bir detal verilməyib.
ABŞ dövlət katibi Mayk Pompeo ötən həftə tezliklə Tramp-Kim sammitində edilən vədlərin həyata keçirilib-keçirilmədiyini yoxlamaq üçün Şimali Koreyaya getmək istədiyini söyləyib.
Cümə Financial Times qəzeti ABŞ rəsmilərinə istinadən bildirib ki, Pompeo gələn həftə Şimali Koreyaya getməyi planlaşdırır, amma Dövlət Departamenti bu məlumatı təsdiq etməyib.
Mərkəzi Kəşfiyyat Agentliyinin Koreya üzrə sabiq eksperti, hazırda isə Heritage Fondunun əməkdaşı Brüs Klinger deyir ki, NBC-nin xəbəri Trampın Şimali Koreyanın artıq hədə olmadığına dair bəyanatının “cəfəngiyyat” olduğunu və rejimlə bağlı yoxlanışın aparılmalı olduğunu göstərir.
Tramp ötən həftə Şimali Koreyanın dörd böyük sınaq təsisini dağıtdığını və “tam nüvəsizləşdirmə” prosesinin başladığını deyib, lakin rəsmilər sammitdən bəri buna dair hər hansı sübutun olmadığını söyləyib.
Bu həftə Vaşinqtonda qərargahlanan Şimali Koreyanı müşahidə edən layihə 38 North bildirib ki, bu yaxınlarda əldə olunan peyk görüntüləri Şimali Koreyanın mayın 6-dan bəri Yongbyondakı təsislərində abadlıq işləri görüb. Amma şəkillərdə bu işlərin iyunun 12-dək davam edib-etmədiyi bəlli olmur.