Accessibility links

İndoneziyada qəzaya uğramış rus təyyarəsinin qara qutusu aşkar edilib


İndoneziyanın xilas dəstəsi ötən həftə qəzaya uğrayan yeni Rusiya istehsalı olan sərnişin təyyarəsinin qara qutusunu aşkar ediblər. Hadisə zamanı təyyarədə olan 45
nəfər sərnişin və ekipaj üzvlərinin hər biri həlak olub.

Xilas dəstəsi təyyarənin qara qutusunun qəza baş verən an çalışdığını deyib. Onlarla İndoneziya və Rusiya mütəxəssisi dərin uçurumda, sıx meşədə günlərlə təyyarənin qırıntılarını axtarıblar. Satış məqsədilə reklam uçuşu edən və içərisində perespektivli alıcı, jurnalist və ekipaj üzvləri olan təyyarə Cakartanın Halim hava limanından may ayının 9-da səmaya qalxmışdı.

XS
SM
MD
LG