Accessibility links

İndoneziyada vulkan daha 60 nəfərin həyatına son qoyub


İndoneziyada vulkan daha 60 nəfərin həyatına son qoyub
İndoneziyada vulkan daha 60 nəfərin həyatına son qoyub

Rəsmilər Mount Merapi vulkanının yenidən püskürdüyünü bildirir

İndoneziyada xəstəxana işçiləri deyir ki, Mount Merapi vulkanının yenidən püskürməsi nəticəsində 60 nəfər həlak olub. Gecə baş vermiş güclü püskürmə əksəriyyəti ciddi yanıq yaraları olmaqla 70 nəfərin xəsarət almasına səbəb olub. Rəsmilər rəqəmlərin artacağından narahatdır. Oktyabrın 26-da püskürməyə başlayan vulkan artıq 100-dən çox insanın həyatına son qoyub. İndoneziya rəsmiləri vulkanın təhlükəli ərazi xəttinin daha 20 kilometr genişləndirildiyini və fövqəladə sığınacaqların daha uzaq əraziyə köçürülməsinə göstəriş verildiyini bildirib.

XS
SM
MD
LG