Accessibility links

Edita Novak: Avropada neft və qaz hakim mövqe tutur və 2035-ci ilədək belə qalacaq


Neft-qaz boru kəmərləri
Neft-qaz boru kəmərləri

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin enerji məsələləri üzrə məsləhətçisi Avropanın enerji tələbatından danışıb

"Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) Xəzər hövzəsi ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirməyə imkan verəcək. Trend agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin enerji məsələləri üzrə məsləhətçisi Edita Novak Bakıda keçirilən "Xəzər neft və qaz həftəsi" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın enerji xəritəsi son dərəcə sürətlə dəyişir: "Bərpa olunan və alternativ enerji mənbələrinin rolunun artmasına baxmayaraq, neft və qaz hakim mövqe tutmaqda davam edir və 2035-ci ilədək belə qalacaq".

Onun sözlərinə görə, bazar iştirakçıları ABŞ, Avstraliya və digər nisbətən yeni tədarükçü və oyunçuların artan rolunu nəzərə almaqla öz enerji strategiyalarına yenidən baxmalı olacaqlar.

Məsləhətçi bildirib ki, proqnozlara görə, Avropanın neft və qaz idxalından asılılığı 2030-cu ilədək artacaq: "BP Energy Outlook"-un məlumatına görə, bum dövrünü yaşayan şist qazı kifayət etməyəcək.

Avropada atom enerjisinin gələcəyi də "Fukusima" stansiyasında baş verən hadisələrdən sonra müəyyən edilməyib. Aİ tərəfindən 2050-ci ilədək enerji tələbatı üzrə proqnozlara baxılır. Həmin proqnozlarda alternativ və bərpa olunan enerjinin payı 55 faiz artır, lakin eyni zamanda enerji tələbatının ödənilməsində qazın mühüm rolu qeyd edilir".

Onun sözlərinə görə, bütün bunlar Avropa İttifaqı üçün Xəzər regionunun əhəmiyyətindən danışmağa imkan verir: "Xəzər hövzəsi ölkələri olan Azərbaycan və Qazaxıstan Avropanın neft idxalının 11 faizini təmin edir. Biz eyni mənzərəni gələcəkdə qaz tədarüklərinə də uyğun görmək istərdik".

Novakın qeyd etdiyi kimi, hazırda qaz tədarükü üçün yeni yollar axtaran Aİ-nin diqqəti Azərbaycanda, o cümlədən "Cənub qaz dəhlizi"nin əsasını təşkil edən nəhəng "Şahdəniz" yatağında cəmləşib: "Onun reallaşdırılması üçün böyük işlər görülüb, çox vacib sazişlər imzalanıb. İlin sonuna kimi "Şahdəniz"in işlənməsinin ikinci fazası üzrə yekun investisiya qərarı qəbul ediləcək. Qeyd etmək istəyirəm ki, Aİ də, Azərbaycan da, layihənin digər iştirakçıları da onun uğurla reallaşmasına və əməkdaşlığın möhkəmlənməsinə kökləniblər".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG