Accessibility links

Neft qiymətləri 2019-cu ildəki ən yüksək səviyyəyə çatıb


Neft qiymətləri 2019-cu ildəki ən yüksək səviyyəyə çatıb
please wait

No media source currently available

0:00 0:00:58 0:00

Çərşənbə axşamı neft qiymətləri 2019-cu ildə ən yüksək səviyyəyə çatıb. İrana qarşı mümkün sanksiyaların artması və Venesuelada gələcək hasilat ixtisarı OPEK -in başçılığı ilə neft istehsalının azaldılmasını daha da dərinləşdirəcəyi ehtimalı ilə Brent markalı xam neftin qiyməti bir barrel üçün 70 dollara yaxınlaşıb.

Brent markalı futures neftinin bir barreli $69,51 dollara qalxıb. Bu noyabrın 13-dən bu yana ən yüksək göstəricidir. Beynəlxalq səviyyə 36 sent (0,52 faiz) yüksəlib və hazırda bir barel üçün 69,37 dollardır.

ABŞ-ın West Texas Intermediate (WTI) xam neftinin qiyməti 99 sent və ya 1,61% artaraq, 62,58 dollara çatıb.

Rəsmi məlumatlara görə, ABŞ neft ixrac edən ölkələrinin (OPEK) dördüncü böyük istehsalçısı olan İrana qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.

Bununla yanaşı, ABŞ sanksiyalar tətbiq etdiyi Venesuelada yerləşən neft terminalı yenidən elektrik enerjisi ilə bağlı problemlər səbəbilə işini dayandırıb.

Venesuelanın neft ixracı fevral ayında yanvarla müqayisədə 40% düşdükdən sonra, mart ayında stabilləşib.

Lakin İran və Venesueladan gələn əlavə itkilər OPEC-in rəhbərlik etdiyi istehsalın azalmasına səbəb ola bilər.

OPEC-in tədarükü mart ayında dörd il ərzində ən aşağı səviyyəsinə çatıb.

Reuters-in araşdırmasına əsasən, bunun səbəbi əsas ixracatçı olan Səudiyyə Ərəbistanınınneft istesalının razılaşdırıldığından daha çox kəsməsidir.

OPEC-in üzvü olmayan böyük neft istehsalçısı Rusiya istehsal ixtisarında hələ məqsədinə çatmayıb. Energetika nazirliyinin bildirdiyinə görə, ötən ay Rusiya neftinin ixracı günə 11,3 milyon barrelə düşüb. 2018-ci ilin oktyabrından ölkənin istehsal həcmi günə 112 min barel azalıb.

İnvestorlar həftəlik ABŞ xam neft məlumatlarını izləyəcəklər. Reuters analitikləri ötən həftə qiymətlərin 400 min barelə düşəcəyini əvvəlcədən təxmin edib.

"Qiymət qrafiklərində neftin strukturu daha da artmağa səbəb ola bilər. Brent 200 gün davam edən orta səviyyənin altındadır və bu göstəricidən yuxarı artım texniki dəstəyi gücləndirəcək"- deyə, Petromatrix-in analitiki Olivyer Ceykob bildirib.

Aylardır investorları zəif qlobal iqtisadi məlumatların neft tələbatını azaldacağı narahatedirdi. Lakin bu həftə ABŞ və Çindən daha yaxşı məlumatlar iqtisadiyyat və dəstəklənən qiymətlərlə bağlı narahatlığı azaldıb.

Rəqəmlər mart ayında ABŞ-da müəssisələrin fəaliyyətində aktivliyin bərpa olunduğunu və Çin istehsalının yenidən artdığını göstərir.

XS
SM
MD
LG