Accessibility links

Neft qiymətləri ucuzlaşdı, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir


Riyaddan daxil olan nikbin xəbərlər fonunda neftin qiyməti çərşənbə günü bir qədər də ucuzlaşıb. Belə ki, Səudiyyə Ərəbistanı həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini xəbər verir.

ABŞ xam nefti $1 dollar ucuzlaşaraq bareli $58.29, 'Brent' markalı xam neft isə 85 sent düşərək bareli $63.70 olub.

Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri neft sənayesinə zərbə endirən hücumlara görə İranı qınayır.


Saudi Aramco dövlət neft şirkətinin Abqaiqdəki neftayrıma zavoduna hücum bazar ertəsi neft qiymətlərini 14% artırmışdı. Bu, 1991-ci ildə İraq Küveyti işğal edəndən bəri müşahidə edilən ən yüksək qiymət artımı idi.

ABŞ-da çərşənbə günü benzinin litri 70 sentə qalxıb. Ötən həftənin ortalarında bu rəqəm 68 sent idi.

Beynəlxalq Enerji Agentliyi ehtiyat neftin istehlak üçün buraxılmasını nəzərdən keçirmir, çünki neft bazarında təchizatın kifayət qədər bol olduğu ehtimal edilir.

Ötən həftəsonu Səudiyyə Ərəbistanının neft sənayesinə edilən dron hücumları ölkənin neft hasilatının yarısını, qlobal neft təchizatının 5 faizini sıradan çıxarmışdı.

Səudiyyə hərbçiləri İrana məxsus qanadlı raket kimi dəyərləndikləri raketin qalıqlarını icitimaiyyətə təqdim edir. Riyad. 18 sentyabr, 2019.
Səudiyyə hərbçiləri İrana məxsus qanadlı raket kimi dəyərləndikləri raketin qalıqlarını icitimaiyyətə təqdim edir. Riyad. 18 sentyabr, 2019.

ABŞ və Səudiyyə rəsmiləri bu hücumlara görə İranı günahlandırır. Rəsmi Tehran isə hücumun Yəməndəki Husi üsyançıları tərəfindən törədildiyini iddia edərək ona bəraət qazandırır.

İranın son əməllərini əsas götürürək, ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları sərtləşdirmək barədə göstəriş verib.

ABŞ və onun müttəfiqləri, hücumların müəllifi kimi təsdiq olunarsa, İrana qarşı cavab ölçülərini nəzərdən keçirir.

Şərhlərə bax

XS
SM
MD
LG