Qlobal təchizatın artması fonunda neft qiymətləri son bir ildə rekord həddə düşüb.
Yüngül xam neft 5 faiz dəyər itirərək Nyu York Tacir Birjasında barreli $47.41-ə satılır.
Ekspertlər başlıca amillər olaraq qlobal iqtisadiyyatın perspektivi və yüksək təchizat səviyyəsini göstərirlər.
Qlobal standart hesab olunan "Brent" növü 3.7 faiz ucuzlaşaraq $57.39 olub.
Qlobal iqtisadiyyatın durumu ilə bağlı narahatlıqlar da neft bazarında təlabata təsir göstərməkdədir.
İqtisadçıların artım üçün bədbin proqnozları fonunda qiymətlər kəskin şəkildə düşməyə başlayıb.
"Neft tənliyinin hər iki hissəsində suallar qalır," deyə Tortoise Advisor şirkətinin eksperti Rob Thummel The Wall Street Journal qəzetinə bildirir. "Təlabat güclü olacaqmı? Təchizat düşəcəkmi?"
Ötən dörd ilin göstəricilərinə əsasən neft qiymətləri 30 faiz ucuzlaşıb.
Oktyabrın sonlarında başlanan proses neft qiymətlərinin il ərzində rekord səviyyəyə düşməsi ilə nəticələnib.