Accessibility links

Neft qiymətləri kəskin ucuzlaşıb


AzadlıqRadiosunun yaydığı məlumata əsasən cümə günü dünya bazarında xam neftin qiyməti son 5 ayda ən aşağı həddə düşüb. Bundan az öncə ABŞ-ın bazara daha çox neft çıxarması qiymətləri 5 faiz salmışdı. ABŞ-ın bu addımı OPEC-in hasilatın azaldılması yoluyla qiyməti yüksəltmək səylərini puça çıxarıb.

Böyük ehtimalla, neft qiymətlərinin bu şəkildə təzyiqə məruz qalması OPEC üzvlərini bu ay ərzində hasilatı daha da məhdudlaşdırmağa vadar edəcək. Ancaq təhlilçilər deyirlər ki, hasilatın ciddi şəkildə azaldılacağı perspektivi o qədər də real görünmür.

ABŞ HASİLATI ARTIRIR

Dünya neft qiymətləri üçün etalon sayılan «Brent» markalı xam neftin bir barrelinin fyuçersləri bu gün – mayın 5-də London vaxtı ilə gecə saat 1-də 48.41 dollar təşkil edib. Bu, bir gün öncəkindən 3 sent çoxdur. Bundan əvvəlki sessiyada «Brent» markalı neftin bir barrelinin qiyməti 50 dollardan aşağı düşüb. ABŞ Qərbi Texas xam neftinin (WTI) fyuçersləri bir barrel üçün 45.53 dollar təşkil edib. Bu isə əvvəlki sessiyada qiymətin 4 faizdən çox azalmasından sonra cəmi 1 sentlik artım deməkdir.

"Brent" markalı xam neftin barreli mayın 5-də London vaxtı ilə gecə saat 1-də $48.41 dollar təşkil edib.

İlin əvvəlində OPEC və, Rusiya da daxil olmaqla, digər istehsalçılar dünya bazarında xam neft qiymətlərini tənzimləmək üçün hasilatı sutkada 1.8 milyon barrel azaltmaq öhdəliyi götürmüşdülər. Ancaq qiymətlərin bu dərəcədə ciddi azalması onları yenidən görülən tədbirlərdən öncəki vəziyyətə qaytarmış olur.

Treyderlər bildirirlər ki, qiymətlərin düşməsinin səbəbi ABŞ-ın neft hasilatını artırmasıdır. ABŞ-da neft hasilatı 2016-cı ilin ortalarından bu günədək 10 faiz artaraq, sutkada 9.3 milyon barrelə çatıb. Bu göstərici Rusiya və Səudiyyə Ərəbistanı kimi istehsalçıların hasilatından o qədər də geri qalmır. OPEC-in sözügedən tədbirləri tam gerçəkləşdirəcəyi halda belə, dünya neft bazarındakı toxluğu ciddi azalda biləcəyinə şübhə edilirdi. Bu şübhələr də qiymətlərə təsirsiz ötüşmür.

ƏSLİNDƏ, İXRACATI AZALTMIRDILAR

«OPEC üzvlərinin mayın 25-də növbəti görüş zamanı hasilatı daha da azaltmağa razılıq verəcəkləri ehtimalı yüksək olsa da, ABŞ-ın hasilatı artırmasının doğurduğu narahatlıq qiymətlərin düşməsinə səbəb olur», – deyə Avstraliyanın «Rivkin Securities» şirkətindən qlobal investisiya təhlilçisi James Woods qeyd edib.

Rusiya kimi iqtisadiyyatı diversifikasiya olunmayan bir çox ölkələr dövlət büdcələrini xam neftdən gələn gəlirlərin hesabına doldururlar.
Rusiya kimi iqtisadiyyatı diversifikasiya olunmayan bir çox ölkələr dövlət büdcələrini xam neftdən gələn gəlirlərin hesabına doldururlar.

«Clipper Data» şirkətinin əmtəə tədqiqatı üzrə direktoru Matt Smith isə hesab edir ki, ABŞ-ın şist yataqlarında hasilatın artırılmasının rolu şişirdilir. M.Smith mayın 5-də CNBC kanalına bildirib ki, hətta OPEC hasilatı azaltsa belə, qurum üzvləri ixracatı azaltmırdılar. O qeyd edib ki, bunun nəticəsində dünya xam neft bazarında toxluq artmaqda davam edir.

«Şist istehsalı artmaqdadır, ancaq bu, izafi artımdır. Əgər OPEC həqiqətən ehtiyatları azaltmaqla bazardakı toxluğa təsir etməyə çalışsa, daha çox şeyə nail ola bilər», – deyə o əlavə edib.

TANKERLƏRDƏ SAXLANAN NEFTİN HƏCMİ ARTIR

Hazırda xam neft bazarında davam edən toxluq şəraitində Malayziya sularındakı tankerlərdə saxlanan neftin həcmi bu yaxınlarda daha da artıb. Mart və apreldə bu göstəricidə, az da olsa, enmə müşahidə olunurdu. OPEC ölkələri, Şimali Amerika və Avropadan gələn satılmayan neft Asiyanın əsas istehlakçı hablarına yaxın saxlanır.

OPEC-in üç təmsilçisi bildirib ki, qurum üzvü olan və olmayan neft istehsalçılarının hasilatın məhdudlaşdırmasına dair razılaşmanı uzadacağı ehtimalı yüksəkdir.

OPEC-in mayın 25-də qurumun baş qərargahının yerləşdiyi Vyana şəhərində yenidən toplaşacağı gözlənilir. Bu görüşün məqsədi hasilatın daha da məhdudlaşdırılması barədə qərar qəbul etməkdir. Ötən gün OPEC-in üç təmsilçisi bildirib ki, qurum üzvü olan və olmayan neft istehsalçılarının hasilatın məhdudlaşdırmasına dair razılaşmanı uzadacağı ehtimalı yüksəkdir. Hasilatın daha da məhdudlaşdırılması yönündə əlavə addımların atılmasına gəlincə isə, bu ehtimal o qədər də yüksək görünmür.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG