Accessibility links

Bakıda "Neft, Qaz və Media" beynəlxalq konfransı açılıb [Audio]


Bakıda "Nett qaz və media" konfransı
Bakıda "Nett qaz və media" konfransı

Nazir Natiq Əliyev: Gəlin əyrini əyri, düzü də düz yazaq. Beynəlxalq Mətbuat İnstitutu Azərbaycanda jurnalistin həbsindən narahatlıq bildirilib.

Bakıda “Neft, qaz və media” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Azərbaycana Dövlət Neft Şirkətinin dəstəyi ilə Beynəlxalq Mətbuat İnstitutu tərəfindən keçirilən forumda dünyanın 27 ölkəsindən 90-dan çox neft sahəsində yazan jurnalistlər iştirak edir. Bununla yanaşı konfransa Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların təmsilçiləri, Prezident Administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, yerli medianın, jurnalist təşkilatlarının nümayəndələri qatılıb.

"Neft və qaz mediaya nə vəd edir?" reportajı
please wait

No media source currently available

0:00 0:05:36 0:00
Direct link

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konfransa prezident İlham Əliyevin təbrikini çatdırıb. Təbrikdə ölkədə media azadlığının təmin edilməsində hökumətin gördüyü işlər əksini tapıb. Prezident beynəlxalq forumun media azadlığı ilə bağlı konstruktiv təkliflər irəli sürəcəyinə ümid edir.

Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel MakKenzi keçid ölkələrində jurnalistlərə qarşı təzyiqlərin olduğunu bildirib. Bu ölkələrdə jurnalistlər həbsdədir, bəzən isə küçələrdə öldürülür:

“Bu günlərdə Azərbaycanda da Prezident Administrasiyasının qarşısında jurnalistlərin saxlanması barədə məlumatlar almışıq”.

O deyib ki, azad media demokratik cəmiyyətdə mühüm rol oynayır.

“Demokratik cəmiyyətlərdə bir qayda olaraq jurnalistlərlə bağlı problemlər olur. Çünki azad cəmiyyətlərdə media bir qüvvədir və tənqidləri vasitəsilə insan hüquqlarını pozanları, çirkli pulları üzə çıxarır, onların qanun qarşısında cavab verməsini ictimai diqqətə çatdırır. Jurnalist tənqidləri və araşdırmaları diktatorların yaranmasının qarşısını alır. Yalnız diktaturalarda jurnalistlərlə liderlər arasına problem yaşanmır”, - o qeyd edib.

Konfransda Azərbaycan mediasında enerji mövzusu və enerji sənayesi ətrafında da geniş danışılıb. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin sədri Ümid Rəhimoğlu Azərbaycanın ilk çap mediası olan “Əkinçi” qəzetindən başlayaraq indiyədək medianın gündəmində enerji sahəsinin əsas yer tutduğunu diqqətə çatdırıb.

Sənaye və energetika naziri Natiq Əliyev isə ölkədə neft-qaz sahəsində uğurlar, magistral kəmərlər, yeni qaz yataqlarının kəşfi, Avropanın qaz təchizatında Azərbaycan və bütövlükdə Xəzər regionun gələcək rolu, “Cənub” dəhlizi barədə geniş danışıb:

“Təsdiqlənmiş proqnozlara görə Azərbaycanın 2,5 trilyon kub metr, Türkmənistanın isə 7,5 trilyon kub metr qaz ehtiyatı var”.

Onun fikrincə, 2013-cü ildə inşasına başlanacaq Transanadolu (TANAP) qaz boru kəməri layihəsi “Cənub” dəhlizi layihəsinin inkişafında mühüm rol oynayacaq.

“Cənub” dəhlizi layihəsinin 715 kilometri Türkmənistan, 300 kilometri Xəzər dənizinin altı ilə, 408 kilometri Azərbaycan, 200 kilometri Gürcüstan və 320 kilometri Türkiyə ərazisindən keçəcək”.

Nazir neft layihələrini də diqqətə çatdırıb. Onun dediklərinə görə, artıq Qazaxıstan da Kaşaqan yatağından çıxardığı nefti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə daşımaq istəyir: “Bu sahədə danışıqlar aparılır”.

Amma, nazir narazılığını da ifadə edib.

“Neft çox ağır zəhmət hesabına hasil edilir. Bunun müqabilində bəzi media orqanları əks stereotiplər yaradır. Yazırlar ki, neft ölkələrində korrupsiya, çirkli pullar və sairə var. Amma, azad media və inkişaf yalnız stabil ölkələrdə mümkündür. Azərbaycanda da 90-cı illərdə müharibə, işğal, hər il orta hesabla neft sənayesində 6-13 faiz geriləmələr qeydə alınıb. Azərbaycanda 90-cı illərdə 2-si xarici medianın müxbiri olmaqla 10 jurnalist qətlə yetirilib. 90-cı illərlə müqayisədə indi ölkəmiz “çiçəklənən Azərbaycana” çevrilib. Gəlin, düzü-düz, əyrini də əyri yazaq, - o qeyd edib.

Konfrans sentyabrın 20-də Azərbaycan neftçilərinin peşə bayramı günü başa çatacaq. Forumda “Neft və mətbuat azadlığı-çirkli sularda buruq?”, “Risk və mükafatlandırma”, “Məsələnin izlənməsi: Hökumət sizə nə deməlidir? ”, “Tədqiqat, çıxarma və təhlükəsizlik”, “Ölkəm neftlə zəngindir, onda niyə mən kasıbam?”, “Bakı: qara qızılın paytaxtı”, “Neft kompaniyaları tərəfindən sosial medianın ictimai fikirlə mübarizədə istifadəsi” mövzuları müzakirə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG