Accessibility links

Neftçilərin axtarışı nəticə verməyib


Neft platforması
Neft platforması

Dekabrın 15-də Bakının Qaradağ rayonunda dənizdə estakada uçduqdan sonra itkin düşən 9 neftçinin axtarışı nəticə verməyib.

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR-ın bütün qüvvə və vasitələrinin (10 gəmi, 3 vertolyot, Sularda Xilasetmə Xidməti və Qaradağ müdafiə qüvvələri) cəlb edilməsinə baxmayaraq, axtarışlar nəticə verməyib.

Dekabrın 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerinə gəlib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirir.

Xatırladaq ki, dekabrın 15-də səhər saat 5:00-da uzunluğu 150 metr olan estakada yaşayış budkası ilə birlikdə uçub. Budkada 10 nəfər olub.

Sonradan bir nəfərin – İlham Qafarovun cəsədi tapılıb.

Faciə Bakının 30 km. cənubunda Qaradağ rayonunda Nərimanov adına NQÇİ-də baş verib.

Son üç ildə həmin NQÇİ-də bir neçə faciə baş verib.

2014-cü il oktyabrın 23-də 441 saylı qəza meydançası təmir zamanı uçub. Meydançada olan kiçik vaqon dənizə uçub. Dörd neftçi həlak olub.

2014-cü il noyabrın 6-da 310 və 312 saylı meydançaların arasındakı 60 metr uzunluqda estakada uçub. 4 neftçi dənizə düşüb, onlardan ikisi həlak olub.

SOCAR-ın tarixində ən böyük faciə 2015-ci il dekabrın 4-də baş verib. “Günəşli” yatağında 30, “Neft Daşları”nda 3 neftçi həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG