Accessibility links

İtkin düşən neftçilər tapılmır


Estakada
Estakada

Dekabrın 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Xəzər dənizindəki Neft yığım məntəqəsində estakadanı külək uçurması zamanı itkin düşən neftçilər hələ də tapılmayıb.

Dekabrın 15-də Xəzər dənizində güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Dənizdə estakada
Dənizdə estakada

Fövqəladə Hallar Nazirliyinin yanvarın 5-də yaydığı məlumatına görə, yaradılan qərargah tərəfindən müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“Estakadının dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış-xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib.

Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış – xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirməkdədir”, məlumatda deyilir.

XS
SM
MD
LG