Accessibility links

Neftin qiyməti azalır, qlobal bazarlar isə hələ də gərgindir


Neftin qiyməti azalır, qlobal bazarlar isə hələ də gərgindir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Yeni hesabata əsasən, ABŞ-ın xam neft inventarı artır, neft qiymətləri isə azalır, lakin Venesuelada davam edən siyasi böhran, ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi və OPEC-in təchizatı azaltması fonunda neft bazarı gərgin qalmaqda davam edir. Reuters-in apardığı sorğunun nəticələri neft qiymətlərinin bu il yüksək səviyyədə qalacağını göstərir.

Böyük neft istehsalçısı Venesuelada böhran yaşanır...

Prezident Nikolas Maduro ilə müxalifət lideri Xuan Quaydo arasında qarşıdurma davam edir.

Orada getdikcə dərinləşən hərc-mərcliyin qlobal neft bazarlarına böyük təsirləri ola bilər.

Bir çox müşahidəçilər zokakılığın artacağından və xam neft təklifinə maneələrin yaranacağından narahatdır.

ABŞ-ın xam neft inventarında gözlənilməz artımın ardınca neft qiymtələri çərşənbə günü düşüb.

Brent xam fyuçersləri yarım dollar azalaraq 71.50 dollar təşkil edib.

WTI isə 63.25 dollara düşüb.

ABŞ inventarının 6.8 milyon barel artdığı deyilir.

Lakin qlobal bazarlar başqa səbəblərdən dolayı hələ də gərgindir. Bu səbəblər arasında OPEC-in təchizatı azaltması və ABŞ-ın İranın neft ixracatına tətbiq etdiyi sanksiyalar var.

Vaşinqton ötən noyabr ayında Tehrana qarşı sanksiyaları yeniləyib, lakin başqa alıcılara altı ay ərzində oradan məhdud həcmdə neft idxal etməyə icazə vermişdi.

İndi isə ABŞ bəzi ölkələri həmin sanksiyalardan azad edən imtiyazları davam etdirməyəcəyini bildirir. İmtiyazların möhləti çərşənbə günü başa çatır.

Bu addım Tehranın neftdən gəlirlərini kəsəcək.

Bütün bunlar isə ona işarə edir ki, neftin qiyməti yüksək qalacaq.

31 iqtisadçı və təhlilçidən ibarət bir qrup 2019-cu ildə brent xam neftinin ortalama qiymətinin bir barelə 68.57 dollar olacağını təxmin edir.

Bu isə mart ayında proqnozlaşdırılan 67.12 dollardan iki faiz daha yüksəkdir.

Qlobal neft tələbatında artımın mart ayında proqnozlaşdırılan gündəlik 1.2-1.5 milyon bareldən gündəlik 1-1.4 milyon barelədək azalacağı gözlənilir.

XS
SM
MD
LG