Accessibility links

Neftin qiyməti düşüb, sonra qalxıb


Neftin qiyməti düşüb, sonra qalxıb
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Çərşənbə axşamı Səudiyyə Ərəbistanı istehlakçıların tələbatını qarşılayacağını vəd edəndən sonra neftin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşüb, lakin daha sonra diqqət ABŞ-ın neft ixracatçısı olan İrana qarşı gözlənilən sanksiyalarına yönəldiyi üçün neftin qiyməti çərşənbə günü barelinə 77 dollara qalxıb. Lakin zəif tələbatla bağlı narahatlıqlar hələ də mövcuddur.

Qlobal meyar sayılan Brent xam LCOc1 çərşənbə günü 52 sent artaraq $76.96 təşkil edib. Bundan öncə isə səhər radələrində 75.11 dollara düşüb. Bu da 24 avqustdan bəri ən aşağı göstərici olub. ABŞ-ın WTI adlı xam nefti də 65 sent artaraq 67.08 dollar təşkil edib.

İqtisadi artım və tələbatlarla bağlı zəif gözləntilər və təchizatla bağlı azalan narahatlıqlar fonunda xam neftin qiyməti çərşənbə axşamı kəskin şəkildə düşüb, Brent isə 4.3 faiz azalıb.

Amerika Neft İnstitutu adlı sənaye qrupu çərşənbə axşamı bildirib ki, ABŞ-ın xam neft ehtiyatları gözləntiləri ötüb keçərək, 9.9 milyon barel artıb.

İqtisadi gözləntilərlə bağlı narahatlıqlar səbəbilə səhmlərin satılması çərşənbə axşamı xam neftin qiymətinə təsir göstərib, dünya səhmləri isə çərşənbə axşamı təzyiq altında qalmağa davam edib.

Beynəlxalq Enerji Agetnliyi kimi idarələr zəif iqtisadiyyat səbəbilə 2019-da neftə tələbata artımın yavaşlayacağını təxmin edir.

ABŞ-ın İrana qarşı sanksiyalarının təchizatı azaldacağı gözlənildiyi üçün, digər istehsalçılar, xüsusilə də Səudiyyə Ərəbistanı lazım olduğu təqdirdə təchizatı artırmağa hazırdır.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid Əl Fəlih çərşənbə axşamı deyib ki, Səudiyyə Ərəbistanı istehlakçıların razı olduğundan əmin olmaq üçün tələbləri qarşılamaq üçün

Bəzi təhlilçilər deyir ki, buna baxmayaraq, ilin sonunadək qiymətlər yenidən arta bilər.

Biz Brent-in ilin sonunadək hər barelə 85 dollara qədər artacağını gözləyirik, deyə ABŞ-ın Morgan Stanley bankı bildirib.

XS
SM
MD
LG