Accessibility links

Qəzzada altı aydır davam edən müharibə "ölüm və dağıntı" ilə müşayiət olunur


Qəzza zolağı. 20 noyabr, 2023.
Qəzza zolağı. 20 noyabr, 2023.

İsrail-HƏMAS müharibəsi şənbə günü altı ayı geridə qoydu və 21 əsrin ən dağıdıcı, təlfatlı və amansız münaqişələrindən biri hesab olunur.

“Qəzzada altı aydır davam edən müharibə insanlığa xəyanətdir”, BMT baş katibinin nin humanitar məsələlər üzrə müşaviri və fövqəladə yardım koordinatoru Martin Qriffits deyib.

Qriffits şənbə günü yaydığı bəyanatında HƏMAS oktyabrın 7-də 1200 nəfərin ölümü və 240-dən çox insanın girov götürülməsi ilə nəticələnən İsrailin cənubuna terror hücumundan bəri həm fələstinlilər, həm israillilərin ağrı və iztirab keçirdiklərini etiraf edib.

Qriffits deyib ki, “son altı aydır davam edən müharibə Qəzza xalqına ölüm, dağıntı və indi də utancverici, insanın səbəb olduğu aclıq ehtimalı gətirib.” O qeyd edib ki, HƏMAS-ın hücumlarının davamlı dəhşətindən əziyyət çəkən insanlar üçün “altı ay kədər və əzabla keçib”.

Atəşkəs çağırışı edən Qriffits deyib ki, “bu müharibəyə son qoymaq üçün hər bir saniyənin önəmi var”, çünki müharibə daha çox mülki vətəndaşın ölümünə səbəb olur və “bu aramsız münaqişə səbəbilə dərindən qaranlığa qərq olan gələcəyin toxumlarını əkməyə davam edir”.

Qriffits deyib ki, Qəzzadakı müharibədə hər hansı eskalasiya “şüursuz bir perspektivdir”.

33 mindən çox insan ölüb

Qəzza Səhiyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisi və Associated Press-in məlumatına görə, İsrail oktyabrın 7-dən bəri anklava zərbələr endirərək. 33 137 nəfəri, o cümlədən 13 000-dən çox uşağı öldürüb.

Qəzzanın səhiyyə nazirliyi tələfat sayında mülki vətəndaşlarla döyüşçülər arasında fərq qoymur, ancaq öldürülənlərin üçdə ikisini qadın və uşaqların təşkil etdiyini bildirir.

Qəzzada fələstinli əhalinin 70 faizi anklav daxilində didərgin düşüb, əhalinin təxminən yarısı isə Qəzzanın cənubundakı Rəfah şəhərinə sığınıb.

Aclıq yaxınlaşır

Qəzzada çox az humanitar yardım daxil olduğu üçün, orada ərzaq çatışmazlığı var. BMT-nin məlumatına görə, əraziyə aclıq yaxınlaşır və çox az sayda fələstinli mühasirə altında olan ərazini tərk edə bilib. Qəzzanın şimalında 2 yaşında uşaqların otuz bir faizi kəskin qidasızlıqdan əziyyət çəkir.

Bu arada isə HƏMAS hələ də griov saxladığı 100-ə yaxın insanı sərbəst buraxmağı rədd edir.

14 fevrala olan məlumata görə, 112 girov sağ bir şəkildə İsrailə qaytarılıb, onlardan 105-i məhbus mübadiləsi razılığı çərçivəsində, dördü HƏMAS tərəfindən birtərəfli qaydada azad edilib, üçü isə İsrail Müdafiə Qüvvələri tərəfindən xilas edilib. HƏMAS tərəfindən saxlanılan 36 girovun öldüyü təsdiqlənib.

Bir çox israilli dünyanın girovları unutduğundan narahatdır və onlar müntəzəm olaraq hökumət əleyhinə etirazlar təşkil edərək, İsrail hökumətini girovların sərbəst buraxılmasını təmin etməyə çağırır.

ABŞ Prezidenti Co Bayden Qahirədəki danışıqlardan öncə Misir və Qətər liderlərini HƏMAS-a Qəzzada atəşkəsə və girov razılığına razılaşması üçün təzyiq göstəməyə çağırıb.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, Qahirədəki danışıqlarda ABŞ-ın nümayəndə heyətinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Bill Burns rəhbərlik edəcək.

Kirbi bildirib ki, Bayden Misir Prezidenti Abdel Fəttah Əl-Sissi və Qətər əmiri Şeyx Təmim bin Həmad Əl-Taniyə girov danışıqlarının vəziyyəti ilə bağlı məktub yazaraq, “onları HƏMAS-a sövdələşməyə razılaşmaq və əməl etməsi üçün təzyiqi artırmağa çağırıb”.

Bayden həmçnin Netanyahuya Qahirədəki vasitəçilərini mümkün qədər tez bir zamanda razılığa gəlmək üçün təşviq etməyə çağırıb ki, Qəzzaya daha çox humanitar yardım daxil ola bilsin.

Ən son təklifə əsasən, İsrail və HƏMAS xəstə, yaşlı və yaralı girovların sərbəst buraxılması müqabilində altı həftəlik atəşkəsə razılaşacaq.

Bayden həmçinin cümə axşamı Netanyahuya xəbərdarlıq edib ki, İsrail mülki vətəndaşların ziyan görməsinə və humanitar iztiraba son qoymaq üçün addımlar atmalıdır, əks təqdirdə Vaşinqton cavab olaraq qeyri-müəyyən addımlar atacaq.

İsrail ordusu cümə günü bu həftə Qəzzada hava hücumu nəticəsində yeddi yardım işçisinin ölümü ilə bağlı araşdırmanın ciddi səhvlərə və prosedur pozuntularına yol verildiyini müəyyən edəndən sonra iki zabiti vəzifədən uzaqlaşdırıb.

İsrail həmçinin Qəzzaya yardım axının artmasını təmin etmək üçün Aşdod limanı və Erez keçiditini açdığını elan edib.

İsraili hərbi yardımı dayandırmaqla təhdid edib-etmədiyinə dair suala cavab olaraq Bayden cümə günü müxbirlərə “Mən onlara etdiklərini etmələrini söylədim,” deyib

Forum

XS
SM
MD
LG