Accessibility links

AXCP sədrinin müavinin apellyasiya şikayəti üzrə ilkin baxış olub


Gözəl Bayramlı
Gözəl Bayramlı

Fevralın 28-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı martın 12-nə təyin olunub. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Bu gün keçirilən prosesdə vəkil Elçin Sadıqov AXCP səfdrinin müavininin ev dustaqlığına buraxılması, sərhəd-buraxılış məntəqəsindəki müşahidə kameralarının görüntülərinin alınması və məhkəmədə baxış keçirilməsi, hal şahidlərinin apellyasiya məhkəməsində dindirilməsi barədə vəsatətlər qaldırıb.

Vəkil AXCP sədri Əli Kərimlinin, AXCP-nin Qadınlar Şurasının sədri Solmaz Hüseynovanın, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əlavə şahid qismində dindirilməsi barədə də vəsatət verib.

Dövlət ittihamçısı Qalib Rizvanov vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş edib və hakim vəsatətlərin heç birini təmin etməyib.

XS
SM
MD
LG