Accessibility links

Nelson Mandelanın 95 yaşı tamam oldu


Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın 95 yaşı tamam olan gün səhhətinin yaxşılaşdığı haqda xəbər verilir.

Prezident Ceykob Zuma cənab Mandelanı ad gününü münasibətilə təbrik etdiyi bəyanatında Cənubi Afrikanın onun simasında beynəlxalq simvolu olduğunu bildirib.

Cənab Mandelanın qızı Zindzi Mandela atasının səhhətinin yaxşılaşdığını təsdiq edib. O, atasının tez bir zamanda evə qayıdacağına inandığını bildirib.

Cənubi Afrikada insan hüquqları uğrunda mübariz, ölkənin ilk qara dərili prezidenti olan Nelson Mandelanın anadan olmasının 95 illiyi təntənəli şəkildə qeyd edilir.

Nelson Mandelanın ad günü beynəlxalq səviyyədə “Mandela günü” kimi qeyd edilir. Cənubi Afirka vətəndaşları, eləcə də dünya ölkələrində müxtəlif insanlar onun ad gününü 67 dəqiqəlik ictimai iş yerinə yetirməklə qeyd edirlər. 67 dəqiqə Nelson Mandelanın sosial ədalət uğrunda mübarizəyə həsr etdiyi hər ili əks etdirir.

Nelson Mandela beynəlxalq səviyyədə Cənubi Afrikada irqi ayrı-seçkiliyə son qoyulmasında oynadığı müstəsa rola görə tanınır. O, 27 il həbsxanada keçirdikdən sonra 1993-cü ildə Nobel mükafatına layiq görülmüş və bundan bir il sonra Cənubi Afrikanın ilk qara dərili prezidenti olmuşdur.
XS
SM
MD
LG