Accessibility links

Nemət Əliyev: “Yerli ayaqqabı istehsalı tələbatın 1 faizindən azdır”


Nemət Əliyev
Nemət Əliyev

“10 milyon əhalisi olan ölkənin 90 min cüt ayaqqabı istehsal etməsi faciədir. Təlabatı yerli istehsalla təminetmə səviyyəsi bu mal çeşidi üzrə 1%-dən də azdır. Ehtiyacımızın 99%-dən çoxunu idxal hesabına təmin edirik.” Bu barədə iqtisadçı alim Nemət Əliyev facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkədə gündəlik istifadə olunan ayaqqabının istehsalı bu ilin yanvar-fevral dövründə 65% azalıb.

Ayaqqabı
Ayaqqabı

“Bu iki ayda cəmi 15 min cüt ayaqqabı istehsal etmişik. Bu gedişatla fabrik və sexlərimiz ilin sonunadək vur-tut 90 min cüt ayaqqabı tikəçək. 10 milyon əhalisi olan bir ölkənin ildə 90 min cüt ayaqqabı istehsal etməsi rəzalətdir. Cırıq ayaqqabılara yamaq salan pinəçilərdən vergi yığmağı hədəf seçən hökumət bu sahədəki dözülməz vəziyyəti nəzərə almalı, daşı ətəyindən tökməli, yerli istehsalı təşviq edən gerçək islahatlar həyata keçirməlidir. Mövcud iqtisadi şəraitin dözülməz olması bu sahəni inkişafdan saxlayan başlıca səbəb kimi diqqəti cəlb edir,” alim qeyd edir.

Əliyev yazdığına görə, 2014-cü ildə 70 min cüt, 2015-ci ildə 67 min cüt, 2016-cı ildə 324 min cüt, 2017-ci ildə 196 min cüt, 2018-ci ildə 222 min cüt ayaqqabı istehsal olunub.

2016-cı ildə 34 milyon cüt, 2017-ci ildə 37 milyon cüt, 2018-ci ildə isə 36 milyon cüt ayaqqabı idxal olunub.
Nemət Əliyev, alim

“Son 5 ildə hər ilə orta hesabla 176 min cüt ayaqqabı düşüb. Bu məhsul çeşidinə ölkə əhalisinin illik təlabatını ödəmək məqsədi ilə dünyanın dörd bir yanından 2016-cı ildə 34 milyon cüt, 2017-ci ildə 37 milyon cüt, 2018-ci ildə isə 36 milyon cüt ayaqqabı idxal olunub. Yerli istehsalın həcmi idxal göstəricisi ilə heç müqayisəyə də gəlmir.”

Onun sözlərinə görə, yerli istehsalla təminetmə səviyyəsi bu məhsul çeşidi üzrə 1 faizdən də azdır.

“Bu səbəbdən ayaqqabıya ölkədaxili təlabatın 99 faizdən çoxu idxal malları hesabına ödənilir. Demək olar ki, hamılıqla əcnəbi ayaqqabıların üzərində gəzirik. Milli iqtisadiyyat burada, demək olar ki, bitib. Son üç ildə yalnız ayaqqabı idxalına 211 milyon dollara qədər valyuta xərcləmişik. Hər il milyonlarla valyuta vəsaitləri Çin, Türkiyə, İran, Özbəkistan, Rusiya, Niderland, Belçika, Vyetnam, İtaliya və sair ölkələrə axın edir. Valyuta ehtiyyatlarına qənaət etmək, real iş yerləri yaratmaq, milli iqtisadiyyatı inkişaf etdirmək istəyən hökumətin fəaliyyətinə yerli istehsalda əmələ gəlmiş bu böyük boşluğa zəmin yaratdığına görə heç cür haqq qazandırmaq mümkün deyil,” o bildirir.

Ayaqqabı
Ayaqqabı

İdxal olunan ayaqqabıların 57 faizi Çin, 24 faizi Türkiyə, 16 faizi İran mənşəlidir (2017-ci il). Göründüyü kimi, daxili bazarlarda nisbətən keyfiyyətsiz Çin malları dominant mövqelərə malikdir.

Alim hesab edir ki, yerli imkanları səfərbər etmək hesabına keyfiyyətsiz Çin ayaqqabıları ilə müqayisədə nisbətən keyfiyyətli yerli məhsul istehsal etmək elə də çətin olmamalıdır.

“Yalnız bu məhsul növünün istehsalında dönüş yaratmaqla həm milyonlarla valyuta ehtiyatlarına qənaət etmək, həm də minlərlə yeni, lakin real və daimi iş yerləri açmaq mümkündür,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG