Accessibility links

Nemət Pənahlı: “20 Yanvar imperiyanın ölüm, milli şəhidliyin doğum günüdür”


Milli-azadlıq hərəkatının liderlərindən Nemət Pənahlının Amerikanın Səsinə müsahibəsi

“20 Yanvar Azərbaycan xalqının kütləvi qəhrəmanlıq tarixidir. Milli şəhidliyimizin doğum günü, Azərbaycan xalqınlın özünü təsdiq günüdür.”

Bu barədə Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı 1990-cı ilin 20 Yanvarında keçmiş SSRİ Ordusunun Azərbaycanda dinc əhaliyə qarşı silahlı divan tutmasının tarixi dərsləri ilə bağlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Nemət Pənahlı: “20 Yanvar imperiyanın ölüm, milli şəhidliyin doğum günüdür”
please wait

No media source currently available

0:00 0:06:05 0:00

O, 1990-cı ildə şəhidlərin dəfn günündə çıxışını yada salıb.

Bu gün Azərbyacan xalqı həmin günlərin mübariz ruhu ilə yaşayır və həmin illərin milli ruhunun yenidən qalxmasına çalışır.

“Mən orada demişəm ki, 20 Yanvar imperiyanın ölüm günü, milli şəhidliyimizin doğum günüdür. Qəzan mübarək Azərbaycan xalqı!”

Pənahlının fikrincə, 20 Yanvar yalnız Azərbaycan tarixinə deyil, bütövlükdə türklərin tarixinə qızıl hərflərlə, qanla yazılmış bir səlnamədir.

“Hadisələrdən vaxt keçdikcə, Azərbaycan xalqının nə qədər mübariz olduğunun şahidi oluruq. Hətta millət özü-özünə həsəd aparır. Bu gün Azərbyacan xalqı həmin günlərin mübariz ruhu ilə yaşayır və həmin illərin milli ruhunun yenidən qalxmasına çalışır.”

O təəssüflə qeyd edib ki, hazırda Azərbaycan dövlətinin siyasət kursunda 20 Yanvarın tarixi dərsləri nəzərə alınmır.

20 Yanvar-1990-cı il
20 Yanvar-1990-cı il

“Nəinki, tarixi dərslər nəzərə alınır, əksinə hakimiyyət xalqın milli azadlıq ruhunu sındırmaqla, onu danmaqla, onu ləkələməklə məşğul olub. Xalqa aşılamağa çalışırlar ki, millət mübarizə aparsa da, aparmasa da xalq azad olacaqdı. Bizə Türkmənistanı, Özbəkistanı misal çəkirlər.”

Nemət Pənahlı hazırki hökumətin milli-azadlıq hərəkatının yükünü çiyinlərində daşıyan insanlara qarşı münasibəti ilə razı deyil.

“Adətən milli azadlıq hərəkatı zamanı millətin içərisində olan satqınlar, xainlər cəzalandırılır ki, xalqın içərisində milli satqınlar, xainlər olmasın. Təəssüflər olsun ki, bizdə tam əksinə olub. Milli-azadlıq hərkatında iştirak edənlərə qarşı, maddi, mənəvi, sanki total bir repressiya maşını işə düşüb. Sanki, imperiyaya qarşı apardığı mübarizə üçün onlardan qisas alınır. Milli satqınlar vəzifələrə çəkilib, milli mübarizə aparanlar isə siyasi, maddi, mənəvi cəhətdən sanki məhvə məhkum edilib.”

Milli-azadlıq hərkatında iştirak edənlərə qarşı, maddi, mənəvi, sanki total bir repressiya maşını işə düşüb. Sanki, imperiyaya qarşı apardığı mübarizə üçün onlardan qisas alınır.

Pənahlı özünə qarşı münasibətdən də narazıdır.

“Mən 30 yaşınadək Azərbaycanda Milli Dirçəliş Günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, İstiqlal Günü, 20 Yanvar hadisələrində dəst-xətti, xidməti olan adamam. 30 yaşınadək mili hərəkata rəhbərlik edən bir şəxsi 49 yaşında şərləyərək xulqanlıq adı ilə 6 il həbsə saldılar. Sonuncu dəfə isə Milli Dirşəliş Gününün 30 illiyini qeyd etmək istədikdə 30 sutka inzibati həbs etdilər. Həbsdən buraxılanda məni ölümlə təhdid ediblər. Hədə-qorxu gəliblər ki, susmasan səni məhv edəcəyik. Mübarizəni davam etdirsən səni ömürlük həbsə göndərəcəyik” , o qeyd edib.

Öz növbəsində Azərbaycan iqtidarı 20 Yanvar hadisələrini Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olduğnu bildirir. Ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu, insanların baxışlarına görə təqib olunmadığını bəyan edir. Bununla yanaşı 20 Yanvar hadisələri ilə bağlı ölkənin təhlükəsizliyinə cavabdeh olan heç kim indiyədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Azərbaycanda 20 Yanvar Ümumxalq Hüzn Günüdür. Ölkədə iş günü deyil.

Minlərlə insan Şəhidlər Xiyabanında 20 Yanvar hadisələri zamanı həlak olan insanların xatirəsini yad edir. Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, siyasi partiyalar, ölkədə akrediyə olunan diplomatik korpusun nümayəndələri Şəhidlər Xiyabanı ziyarət edib.

Kikboksinq üzrə dünya çempionu Zabir Səmədov da hər il Ümumxalq Hüzn Günündə Azərbaycanda olur. O Şəhidlər Xiyabanını ziyarət edərkən Amerikanın Səsinə müsahibəsində bildirib ki, şəhidləri ziyarət etmək hər bir azərbaycanlının borcudur.

"Şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçib," o qeyd edib.

Kikboksinq üzrə dünya çempionu Zabit Səmədovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:11 0:00

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti olaraq "Zərbə" adlanırılıb. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları oynayıb.

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və səlahiyyətləri aşma).

Qeyd edək ki, indiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1994-cü ildə Azərbaycan parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

Sənəddə deyilir ki, 20 Yanvar hadisələrinə görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşür.

Azərbaycan Baş Prokurorluğu məlumatında deyilir ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və cinayət işini bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG