Accessibility links

Nemət Pənahlı anasının yasına buraxılacaq? - o ötən il atasının yasına buraxılmayıb


Nemet Penahli
Nemet Penahli

Pənahlının anası aprelin 10-da vəfat edib.

Hazırda həbsdə olan Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri Nemət Pənahlının anasının dəfn mərasiminə buraxılıb-buraxılmaması hələ məlum deyil. Pənahlının anası aprelin 10-da vəfat edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Mehman Sadıqov Turana bildirib ki, ailə müraciət edərsə baxılacaq. Pənahlının anasının dəfn mərasimində iştirakı barədə qərar qəbul edilə bilərmi? sualına M.Sadıqov “hansı qərarın qəbul ediləcəyini qabaqcadan deyə bilmərik” cavabını verib.

Öz növbəsində, Nemət Pənahlının qardaşı Səməd Pənahlı Turana Penitensiar Xidmətə müraciət edildiyini deyib. “Biz dörd gün öncə anamız xəstəxanada ağır vəziyyətdə olanda da yazılı müraciət etdik. Nemətə anamla görüşə buraxmadılar. İnid də müraciət etmişik. Bu bəs etmirsə bir daha mətbuat vasitəsi ilə müraciət edirik ki, Neməti anamızın dəfn mərasimində iştirak etməsinə icazə versinlər”, deyə Səməd Pənahlı qeyd edib.

Nemət Pənahlının anası bu gün dəfn olunacaq.

Azərbaycan qanunvericiliyinə görə, məhbus yaxın qohumlarının yas mərasimində iştirak etmək üçün buraxıla bilər. Bundan öncə həbsdə olan bir sıra ictimai xadimlər, çoxsaylı məhbuslar qohumlarının yas mərasimində iştirak edib. Nemət Pənahlı 2012-ci ilin yanvarında da atasının yas mərasiminə buraxılmadı. Nemət Pənahlı Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri olub, 1988-ci il Meydan Hərəkatına rəhbərlik edib, 1993-cü ildə sabiq prezident Heydər Əliyevi müdafiə edib, bir müddət prezident aparatında işləyib. Sonra o istefa verib və müxalif mövqedə dayanıb. 2010-cu il parlament seçkilərində hakimiyyəti kəskin tənqid edib
.
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib. O Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilərək 6 il azadlıqdan məhrum edilib. Pənahlı həbsini siyasi sifariş adlandırıb və beynəlxalq təşkilatlar onu siyasi məhbus hesab edir.
XS
SM
MD
LG