Accessibility links

Rusiyanın ABŞ-dakı səfirliyi önündəki küçəyə Boris Nemtsovun adı verildi [Video]


Rusiyanın ABŞ-dakı səfirliyi önündəki küçəyə Boris Nemtsovun adı verildi
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Vaşinqtonda Rusiya səfirliyin önündəki küçəyə Boris Nemtsovun adı verildi. Üç il öncə Kreml yaxınlığında qətlə yetirilmiş müxalifət liderinin xatirəsini yad etmək üçün yaxınları ilə bərabər, şəhər rəsmiləri və ABŞ qanunvericilər də iştirak ediblər.

Vaşinqtonda Rusiya səfirliyinin önündəki küçədə kiçik bir qrup toplaşıb. Bu küçəyə Boris Nemtsov Plaza adı verilib.

Rusiyanın sabiq baş nazir müavini və prezident Vladimir Putinin tanınmış tənqidçisi 2015-ci ildə Kremlin yaxınlığındakı körpüdə qətlə yetirilib.

Çərşənbə axşamı keçirilən açılış mərasimində şəhər rəsmiləri və ABŞ qanunvericiləri qətlə yetirilmiş müxalifət liderinin işinə hörmətlərini ifadə ediblər.

Nemtsovun qızı deyib ki, ölümündən sonra ilk dəfədir ki, atasının adını əbədiləşdirilir.

“Hal-hazırda nə hiss etdiyimi ifadə etmək həqiqətən çox çətindir. Çünki bunun reallaşdırılması üçün çox mübarizə apardıq. Bu işə çox insan cəlb olunub. Bəlkə də bir gün bunu təhlil etməyə vaxtım olacaq, amma indi “Boris Nemtsov Plaza” işarəsini görəndə fəxr edirəm.”

Nemtsov qətlindən öncə Rusiyanın Ukraynadakı münaqişədə rolu ilə bağlı hesabat üzərində çalışırdı.

Açılış mərasimi haqqında danışan Dövlət Departamentinin sözçüsü Nemtsovun gördüyü işləri qeyd etdi və Rusiyaya aydın mesaj göndərdi.

“Biz Rusiyanı universal insan hüquqlarının qorunması və təşviqi ilə bağlı öhdəliyinə əməl etəməsini çağırırıq. Bura ifadə azalığı, dinc toplaşma, birləşmə azadlığı daxildir. Biz Rusiya hökümətinə bildiririk ki, sifarişçilər də daxil olmaqla, Nemtsovun ölümündə cəlb olunan hər kəsi ədalətə təslim etsinlər.”

Moskvada isə son bazar günü minlərlə rusiyalı Nemtsovun ölümünün ildönümü ilə bağlı yürüşdə iştirak etdilər.

Yerlilər onun öldürüldüyü yerə güllər qoyaraq ehtiramlarını ifadə ediblər.

“O böyük insan idi – cəsur, səmimi və prinsipial. Düşünürəm ki, onun haqqında xatirə böyüyəcək və müəyyən vaxtdan sonra bu körpü də, digər abidilər də onun adını daşıyacaq.”

XS
SM
MD
LG