Accessibility links

Nensi Pelosi Nümayəndələr Palatasına yenidən spiker seçilib


ABŞ-ın siyasi tarixində ən qüdrətli qadın hesab edilən Nensi Pelosi Nümayəndələr Palatasına yenidən spiker seçilib. Demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası hökumətin qismən bağlılığana son qoymaq üçün sənəd təsdiq etməlidir.

Cümə axşamı Konqresin fəaliyyətə başlaması ilə demokratlar Nümayəndələr Palatasında işə qayıdıb.

Nensi Pelosi hökumət agentliklərinin sentyabrın sonunadək, Daxili Təhlükəsizlik Nazirliyinin isə fevralın 8-dək işini davam etdirməsi üçün bir neçə sənədi səsə çıxarmalıdır.

Senatda çoxluq təşkil edən respublikaçıların lideri isə sənədi səsverməyə çıxarmayacağını bildirib.

Prezident Donald Tramp sərh'ddə divar insası maliyyləşdirilməsə, nə qədər sürəcəyindən asılı olmayaraq, hökumətin bağlı qalacağını deyir. ABŞ prezidenti demokrat və respublikaçı liderləri hökumətin qapanışının 12-ci günü Ağ Evə dəvət edib. Görüş zamanı heç bir razılıq əldə edilməyib.

Nümayəndələr Platasının gözlənilən spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer bazar ertəsi birgə bəyanat yayaraq, respublikaçıları qanun layihəsini dəstəkləməyə çağırıb.

Tramp 20 milyard dollardan çox başa gələcək divar üçün ilkin ödəniş olaraq 5 milyard dollar tələb edir, demokratlar isə başqa sərhəd təhlükəsizliyi səylərinə 1.3 milyard dollar təsdiq etməyə razıdır.

ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan pulsuz məzuniyyətə göndərilib, əlavə 420 min nəfər isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.

Müzakiərlərin cümə günü də davam etdiləcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG