Accessibility links

Nensi Pelosi Trampı illik hesabat məruzəsi ilə çıxışı üçün Konqresə dəvət edib


ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampı fevral ayında illik hesabat məruzəsi ilə çıxışı üçün Konqresə dəvət edib.

Prezidentə ünvanladığı rəsmi məktubda Pelosi çıxışın fevral ayının 5-də Konqresin birgə sessiyası zamanı edilməsini təklif edib.

Trampın çıxışı çərşənbə axşamı baş tutmalı idi. Lakin Pelosi prezidentdən hökumətin qismən bağlılığına son qoyulmasınadək gözləməsini və ya çıxışını yazılı şəkildə təqdim etməsini istəyib.

ABŞ tarixində ən uzunmüddətli ”şatdaun” ötən cümə günü Konqres liderləri və Trampın hökumətin fevralın 15-dək maliyyələşdirilməsi razılığından sonra başa çatıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG