Accessibility links

Nensi Pelosi Trampın onu təhqir etməsinə görə təəssüf hissi keçirir


ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın onu pis, qisasçı və dəhşətli insan adlandırmasına görə təəssüf hissi keçirdiyini deyib.

Nensi D-day gününün 75-ci ildönümü mərasimi üçün hər ikisi Avropada olduqları zaman Trampın verdiyi şərhləri cavablandırıb.

“Səhər mən Andre Miçelin NBC kanalında verlişində idim və o məndən prezident haqda nə isə soruşdu. Mən dedim ki, bu, bizim qaydamızdır. Hər kəs buna hörmətlə yanaşır. Biz xaricdə olanda prezidentimizi tənqid etmirik. Və biz Normandiyada idik. Məzarlıq isə bizim arxamızda idi. Mən ona cavab vermək istədim, amma sonra özümü saxladım. Bu bizim qaydamızdı. Sonra o, televiziyada məzarlıq qarşısında bir daha ədəbsiz ifadələr işlətməyə başladı. O an mən onun halına acıdım” - deyə, Nensi Pelosi bildirib.

Cümə günü 73 yaşını qeyd edən Tramp Pelosinin şərhlərinə reaksiya bildirməyib.

Pelosinin demokrat partiyasının bəzi üzvləri Trampın impiçment prosesinə başlaması üçün Pelosiyə təzyiq göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG