Accessibility links

Neo-nasist Ceyms Filds ömürlük həbs cəzası ilə üzləşir


Özünü neo-nasist adlandıraraq 2017-ci ildə Şarlotsvil şəhərində ağ supremasistlərin keçirdiyi yürüş zamanı nifrət zəminində cinayət törədən şəxs ömrünün qalan hissəsini həbsxanada keçirə bilər.

Ceyms Fildsə qarşı artıq ştat məhkəməsi tərəfindən hökm çıxarılmışdı.

2017-ci ildə irqçilər quldarlığın ləğvi uğrunda savaşılan Vətəndaş Müharibəsi dönəmində Konfederasiya komandanı olmuş Robert Linin heykəlinin sökülməsinə etiraz məqsədilə yürüş keçirmişdilər.

Həm ştat, həm də federal məhkəmələr tərəfindən günahkar bilinən Filds ömürlük həbs cəzası ilə üzləşir.

2017-ci ildə Şarlotsvildə “Sağı Birləşdir” (Unite the Right) nümayişi ağ supremasistlər və neo-nasist qruplar tərəfindən ABŞ Vətəndaş Müharibəsi zamanı Birləşmiş Konfederasiya Ordusunun komandiri Robert Linin heykəlini sökmək planlarına etiraz məqsədilə təşkil edilmişdi.

Yürüşə əks-nümayişçilər də cəlb olunmuş və nəticədə iki qrup arasında qarşıdurma yaşanmışdı.

Bu qarşıdurma zamanı ağ supremasist Ceyms Filds maşını yüksək sürətlə izdihamın üzərinə sürmüş, nəticəsində 32 yaşlı əks-nümayişçi Hezer Heyer həlak olmuş, çox sayda insan yaralanmışdı.

XS
SM
MD
LG