Accessibility links

Nepalda torpaq sürüşməsi baş verib


Sürüşmə nəticəsində qarşısı kəsilən Kaligandaki çayının üzərində iki 2 kilometr uzunluğunda göl əmələ gəlib

Dünən minlərlə insan torpaq sürüşməsi nəticəsində Nepalın şimal-qərbində yerləşən dağ çayının ətrafındakı kəndlərdən qaçmağa məcbur olub.

Sürüşmə nəticəsində qarşısı kəsilən Kaligandaki çayının üzərində iki 2 kilometr uzunluğunda göl əmələ gəlib.

Çaykənarı ərazilərdə yaşayan insanlar suyun aşıb paytaxt Katmandunun 200 kilometr uzaqlığında yerləşən Beni Bazarın şimalında daşqınlara yol açacağından qorxaraq daha yüksək ərazilərə qaçıblar.

Aprelin 25-də və mayın 12-də Nepalda iki böyük zəlzələ baş verib və nəticədə 8700 insan həlak olub, 16 min 800 nəfər isə xəsarət alıb.

2002-ci ildə isə Seti çayının ətrafında baş verən qar uçqunu nəticəsində onlarla insan ölmüşdü.

XS
SM
MD
LG