Accessibility links

Nepalda zəlzələ zamanı ölənlərin sayı artır


Nepal höküməti ölənlərin ailələrini 1000 dollar təzminat ödəyəcək

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 6200-ü ötüb. Bu rəqəmin artacağı gözlənilir. Bütün dünyadan xilasetmə qrupları dağıntıların altında qalan cəsədləri çıxartmağa davam edir.

Nepal höküməti ölənlərin ailələrinə 1000 dollar, dəfn xərcləri üçün isə əlavə 400 dollar verir.

Paytaxt Katmanduda cəsədlərin qoxusundan insanlar evlərinə dönə bilmirlər. Onlar şənbə günündən bəri açıq açıq havada yatırlar.

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, zəlzələ 8 milyon insana zərər yetirib, azı 2 milyon insan isə evlərindən didərgin düşüb.

Cümə axşamı paytaxtda xilasetmə işçiləri dağıntılar altında iki nəfəri xilas edə biliblər.

Bir 15 yaşlı oğlan dağılmış qonaq evindən çıxarılıb. Bir neçə saat sonra isə mətbəx işçisi olan 30 yaşlarında qadın xilas edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG