Accessibility links

ABŞ-ın nəqliyyat komandanı Azərbaycanda səfərdədir


Prezidenti İlham Əliyevlə ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin görüşü
Prezidenti İlham Əliyevlə ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin görüşü

Prezident Əliyevlə görüşdə beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün təmin olunması və Əfqanıstandan danışılıb

ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanda səfərdədir.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, oktyabrın 18-də prezidenti İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Amerika arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün və sabitliyin təmin olunması məsələlərindən danışılıb, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti yüksək qiymətləndirilib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG