Accessibility links

Nərmin Rəhimli: "Barak Obamının seçki ofislərini ziyarət edəcəyik"


Müsbət Dəyişiklik GH-nın üzvü Nərmin Rəhimli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:04:40 0:00

Müsbət Dəyişiklik GH-nın üzvü Nərmin Rəhimli ilə müsahibə

ABŞ-da səfərdə olan Müsbət Dəyişiklik Gənclər Hərəkatının idarə heyətinin üzvü Nərmin Rəhimli Amerikanın Səsinə müsahibəsində Birləşmiş Ştatlara səfərinin Beynəlxalq Ziyarətçi Liderlər proqramı çərçivəsində baş tutduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə keçirilən proqramın iştirakçıları ABŞ-ın ölkədəki səfirlikləri seçir.

Azərbaycandan proqrama qatılan yeganə gənc Nərmin Rəhimli 3 həftəlik səfər ABŞ-ın hazırki siyasi, iqtisadi, sosial vəziyyəti ilə Avropa liderlərin tanışlığını nəzərdə tutduğu deyir. "Ona görə də bütün səfərlər Amerikadakı seçki mühitini və federalizm konseptini izah etmək formatında təşkil edilib. Bununla bağlı biz ilk öncə paytaxt Vaşinqtonda və Floridanın Tampa regionunda olacağıq. Çünki orada seçki kampaniyalarının aktiv dövrüdür"-deyə o bildirib. Daha sonra Barak Obamanın seçki ofislərinə baş çəkmək üçün Ayovaya səfər edəcəklərini bildirən Müsbət Dəyişiklik GH üzvü, bundan sonra Denver şəhərinə yola düşəcəklərini bildirib.

Nərmin Rəhimli ABŞ səfərini Portland ştatının Oregon şəhərində başa vuracağını bildirib.
XS
SM
MD
LG