Accessibility links

Benyamin Netanyahu : Vaşinqton səfərim siyasi mahiyyət daşımır


İsrailin baş naziri bu gün ABŞ Konqresi qarşısındakı çıxışının mübahisələrə səbəb olduğunu etiraf etsə də, Vaşinqton səfərinin siyasi mahiyyət daşımadığını deyib.

Benyamin Netanyahu qanunvericilərə ABŞ prezidenti Barak Obmanın dəstəyinə görə təşəkkürünü bildirib. O, bir baş nazir kimi ölkəsinin və xalqının gələcəyinin üzləşdiyi təhlükəyə-nüvə silahı istehsal etməyə can atan İranla bağlı narahatlığından bəhs edib.

Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beynerin Natanyahunu Amerikaya dəvət etməsi diplomatik təlatümə yol açıb. Dəvət ölkədə parçalanma olmadığını nümayiş etdirmək məqsədi daşıyıb.

Lakin Ağ Ev ABŞ prezidenti Barak Obamanın çox məşğul olduğu üçün İsrailin baş nazirinin çıxışını dinləməyəcəyini bəyan edib.

Konqres çıxışından öncə Benyamun Netanyahu Amerika-İsrail İctimai Əlaqələr Komitəsində deyib ki, ABŞ və İsrail İranı nüvə silahı əldə etməkdən çəkindirmək kimi eyni mövqeni bölüşür. Lakin o, buna hansı yollarla nail olunması məsələsində fikir ayrlığının mövcud olduğunu deyib. Netanyahu Vaşinqtonu təhlükəsizlik məsələsinin narahat etdiyini bildirib.

ABŞ prezidenti də Reuters xəbər agentliyinə müsahibəsi zamanı iki ölkə arasında fikir ayrılıqlarının məhz buna görə mövcud olduğunu təkrar edib. Barak Obama İsraillə ABŞ arasındakı mövcud parçalanmanın daimi destruktivliyə yol açmayacağına ümid etdiyini deyib.

Bazar ertəsu günü ABŞ dövlət katibi Con Kerri Amerikanın əldə edəcəyi hər bir sazişin əsasən İsrail olmaqla, beynəlxalq ictimaiyyətin təhlükəsliyini qoruyacağını bildirib.

Amerikanın BMT-dəki səfiri Samanta Pauer Amerika ilə İsrail arasındakı tərəfdaşlığın siyasəti üstələdiyini və bunun həmişə belə qalacağına ümid etdiyini deyib.

XS
SM
MD
LG