Accessibility links

Netanyahu HƏMAS-la yeni atəşkəs danışıqlarına razılıq verib


İsrail Baş naziri Benyamin Netanyahu cümə günü HƏMAS-la atəşkəs danışıqlarına geri dönməyi təsdiqləyib. Bu, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzza zolağında aclıqla üzləşən fələstinliləri təcili humanitar yardımla təmin etməsi üçün göstəriş verməsindən bir gün sonraya təsadüf edib.

Netanyahunun açıqlaması, militant qrupu ilə israilli girovların azad edilməsi müqabilində İsrailin Qəzzaya hərbi hücumunu dayandıracaq razılaşma əldə etmək üçün daha bir cəhddir.

Müharibə altıncı ayına yaxınlaşdığı bir vaxtda Birləşmiş Ştatlar, Qətər və Misir növbəti atəşkəs və girovların azad edilməsində vasitəçilik etməyə çalışır.

Militantların oktyabrın 7-də ələ keçirdiyi bütün girovları geri qaytara bilməməsi səbəbilə ölkə daxilində təzyiqlə üzləşən Netanyahu deyib ki, o, İsrailin baş vasitəçiləri ilə danışıb və İsrail nümayəndə heyətinin gələn günlərdə Qətər və Misirdə atəşkəs danışıqlarına qatılmasına icazə verib.

HƏMAS daha əvvəl mərhələli atəşkəs prosesini təklif etmişdi ki, həmin atəşkəs nəticəsində HƏMAS müharibənin dayandırılması və İsrailin Qəzzadan tam geri çəkilməsi, yardım və yenidənqurma üçün sərhədlərinin açılması və yüzlərlə fələstinli məhbusub, o cümlədən ömürlük həbs cəzası çəkən yüksək səviyyəli militantların azad edilməsi müqabilində bütün qalan girovları azad edəcək.

Netanyahu HƏMAS-ın şərtlərini “xəyalpərəst” adlandırıb və hər hansı girovların sərbəst buraxılmasından sonra İsrailin hücumuna davam etməyi və militant qrup məhv olana qədər döyüşməyi vəd edib.

HƏMAS-ın 100 nəfəri griov, habelə 30 nəfərin cəsədini saxladığı güman edilir. Agence France-Presse-in hesablamalarına görə, qrup oktyabrın 7-də müharibəyə səbəb olan İsrailə terror hücumu zamanı təxminən 1160 nəfəri öldürüb.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-ı məhv etmək üçün başlatdığı cavab kampaniyası nəticəsində, əksəriyyəti qadın və uşaqlar olmaqla, ən az 32 623 nəfər ölüb, 70 mindən çox insan yaralanıb.

Anklavın böyük hisəsi dağılıb, Qəzza əhlaisinin əksəriyəyti Qəzzanın cənubunda sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.

Forum

XS
SM
MD
LG