Accessibility links

Netanyahu İsraildə Əl-Cəzirənin yayımını qadağan edəcəyinə söz verib


Əl-Cəzirə-nin Qəzza bürosunun rəhbəri Vail əƏ-Dahduh
Əl-Cəzirə-nin Qəzza bürosunun rəhbəri Vail əƏ-Dahduh

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi İsraildə Əl-Cəzirə media qurumunun yayımını qadağan edəcəyinə söz verib.

"Əl-Cəzirə terror kanalı artıq İsraildən yayımlanmayacaq. Mən kanalın fəaliyyətini dayandırmaq üçün yeni qanuna uyğun dərhal addım atmaq niyyətindəyəm," Netanyahu X sosial media platformasındakı paylaşımında bildirib.

Günün əvvəlində İsrail parlamenti hökumətə dövlət təhlükəsizliyini təhdid edən xarici xəbər agentliklərini bağlamağa icazə verən qanun qəbul edib.

70 lehinə, 10 əleyhinə səs çoxluğu ilə qəbul edilən qanun nazirlərə və rabitə nazirinə İsrailin təhlükəsizliyinə təhlükə olduğu güman edilən xarici media qurumlarının İsraildə fəaliyyətini dayandırmaq səlahiyyəti verir. Qanuna əsasən, həmçinin İsrail hökuməti ölkəyə hədə olan kanalların İsrail daxilində yayımını qadağan edə bilər.

Həmin gün səhər Netanyahu İsraildə xəbər kanalının bağlanması üçün səylərini artıracağını bildirmişdi.

Əl-Cəzirə-nin Dohada yerləşən telekanalı bəyanatında Netanyahunun açıqlamasını pisləyib.

"Əl-Cəzirə bir daha təkrar edir ki, bu cür böhtan xarakterli ittihamlar bizi cəsarətli və peşəkar yayımımızı davam etdirməkdən çəkindirməyəcək və hər hansı qanuni addımı atmaq hüququnu özündə saxlayır," Qətərdə qərargahlanan qurum bildirib.

Əl-Cəzirə-nin idarəedici redaktoru Mohamed Moavad Netanyahunun açıqlamalarının və İsraildə nəşrin qadağasının mətbuat azadlığına daha geniş hücum olduğunu deyib.

"Biz kiminsə xoşuna gəlmək üçün işləmirik və bu, jurnalistikadır. Biz iqtidara həqiqəti deyirik," Moavad Dohadan Amerikanın Səsinə bildirib.

Əvvəllər Amerikanın Səsi ilə birlikdə fəaliyyət göstərən Alhurra TV-də işləyən Moavad əlavə edib ki, Netanyahunun şərhlərinin Əl-Cəzirə müxbirlərinə qarşı zorakılığa haqq qazandırmaq üçün istifadə oluna biləcəyindən narahatdır.

"Bu, həyəcanverici və təhlükəlidir," o deyib.

Bu potensial qadağa ABŞ tərəfindən də narahatlıqla qarşılanıb.

"Əgər bu doğrudursa, belə bir addım narahatlıq doğurur," Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Biz mətbuat azadlığına inanırıq. Bu tənqiddir," o, əlavə edib.

İsrailin rabitə naziri Şlomo Karhi daha əvvəl Əl-Cəzirə-ni HƏMAS militant qruplaşmasının "təbliğat ruporu" adlandırıb və Qətər kanalını İsrail əsgərlərini Qəzzada potensial hücumlara məruz qoymaqda günahlandırıb.

Mətbuat azadlığı qrupları bundan əvvəl İsrail hökumətinin Əl-Cəzirə-ni bağlamaq səylərini pisləyib və bazar ertəsi İsraili yenidən yayımın fəaliyyətini dayandırmamağa çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG