Accessibility links

BMT Təhlükəsizlik Şurası Qəzzada Ramazan ayında atəşkəsə çağıran qətnaməni qəbul edib


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi Qəzzada döyüşlərin dayandırılması ilə bağlı ilk tələbini irəli sürərək, müsəlmanların müqəddəs Ramazan ayı ərzində atəşkəsə çağırıb. Qətnamə üzrə səsvermə zamanı ABŞ bitərəf qalıb. Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi İsrailin baş nazirinin dərhal etirazı ilə qarşılanıb.

Baş nazir Benyamin Netanyahu yüksək səviyyəli nümayəndə heyətinin Vaşinqtona planlaşdırılan səfərini ləğv edib və ABŞ-ı səsvermənin atəşkəsin HƏMAS-ın girovların azad edilməsi şərti olmadan keçirilməsinə icazə verərək, "prinsipial mövqeyindən geri çəkilməkdə" günahlandırıb.

Qətnamə ABŞ-ın HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna qəflətən etdiyi hücumu zamanı əsir götürdüyü bütün girovların azad edilməsini tələb edən qətnaməyə veto hüququndan istifadə etməmək qərarından sonra 14-0 səslə qəbul edilib.

ABŞ-ın Təhlükəsizlik Şurasının atəşkəs qətnamələrinə keçmiş veto qoymasının əsas səbəbi onların birbaşa girovların azad edilməsi ilə əlaqələndirilməməsi idi. ABŞ iki məsələnin əlaqəli olduğunu irəli sürdüyü halda, Rusiya və Çin isə qeyd-şərtsiz atəşkəs çağırışlarına üstünlük verib.

Bazar ertəsi təsdiqlənmiş qətnamə girovların azad edilməsini tələb etsə də, bunu atəşkəs üçün şərt etmir.

ABŞ-ın bitərəf qalmaq qərarı prezident Bayden administrasiyası ilə İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan potensial dağıdıcı işğalının qarşısını almaq üçün ABŞ-ın səyləri və Baydenin nəticədə Fələstin dövlətinın yaradılması ilə bağlı çağırışını rədd edən Netanyahu arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

ABŞ-a səfəri zamanı İsrail nümayəndə heyəti Ağ Ev rəsmilərinə bir milyondan çox mülki fələstinlinin müharibədən qaçaraq sığındığı Rəfahla bağlı planlarını təqdim etməli idi.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi ABŞ-ın girovlarla bağlı razılaşmanın bir hissəsi kimi atəşkəs rejimini dəstəkləməkdə "ardıcıl" olduğunu bildirib.

"Bizim bitərəf qalmağımızın səbəbi bu qətnamə mətninin HƏMAS-ı qınamamasıdır" - deyə, Kirbi bildirib.

Səsvermə Rusiya və Çinin cümə günü ABŞ-ın İsrail-HƏMAS münaqişəsində “dərhal və davamlı atəşkəs”i dəstəklədiyi qətnaməsinə veto qoymasından sonra keçirilib.

Birləşmiş Ştatlar bazar ertəsi təsdiqlənmiş qətnamənin ABŞ, Misir və Qətər arasında hərbi əməliyyatları dayandırmaqla bağlı danışıqlara zərər verə biləcəyi barədə xəbərdarlıq edib. Bu isə bu dəfə amerikalılar tərəfindən növbəti veto ehtimalını artıra bilər.

Ramazanın gələn ay başa çatmasına görə atəşkəs tələbi cəmi iki həftə davam edəcək. Lakin qətnamə layihəsində döyüşlərdəki fasilənin "daimi və davamlı atəşkəsə" gətirib çıxarmasının vacib olduğu bildirilir.

ABŞ səfiri Linda Tomas-Qrinfild qətnamənin "davam edən diplomatik səyləri dəstəklədiyini" deyib və əlavə edib ki, müzakirəçilər "bütün girovların azad edilməsi ilə dərhal atəşkəs razılaşmasına yaxınlaşsalar da, lakin biz hələ orada deyilik".

Forum

XS
SM
MD
LG