Accessibility links

Netanyahu İranı İsraili Yəməndən vurmağın yollarını axtarmaqda günahlandırır


Netanyahu İranı İsraili Yəməndən vurmağın yollarını axtarmaqda günahlandırır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

İsrailin baş naziri Benyamin Netanyahu İranı İsrailə Yəməndən raket atmağın yollarını axtarmaqda ittiham edib.Tehran Yəməndə Husi üsyançılarını dəstəkləyir. Netanyahu bunu aralarında prezidentin müşaviri Cared Kuşner və maliyyə naziri Stiven Mnuçinin də olduğu ABŞ nümayəndə heyətinin İsrailə səfəri zamanı söyləyib. O, İrana qarşı daha sərt sankisyaların tətbiqinə çağırır.

Netanyahu bazar ertəsi Qüdsdə bir tədbirdə İranın təhlükələrindən bəhs edib. Bu tədbir ABŞ-ın yüksək vəzifəli rəsmilərinin ölkəyə səfərinə təsadüf edib.

Biz bunu İran xalqına ziyan vurmaq üçün etmirik. Biz bunu İranın pis əməllərinin, terroru ixrac etməsinin, nüvə imkanları və raketlər istehsal etməsinin qarşısını almaq üçün edirik.
Stiven Mnuçin


“İran İsraildə hər hansı hədəfi 5-10 metr yaxınlığından vura biləcək raketlər inkişaf etdirmək istəyir. İran İsrailə statistik və yüksək dəqiqliyi olan raketlərlə hücum etmək üçün İran, İraq, Suriya, Livan və Yəməndən baza kimi istifadə etmək istəyir. Bu təhlükənin qarşısını almaq üçün biz iki şey etməliyik. Birincisi, biz birləşməliyik, çünki təhlükə qarşısında biz birlik oluruq”, İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Ancaq bazar günü İsrailin lideri ilə onun əsas siyasi rəqibi Benni Qantz arasında keçirilən görüşdə birlik hökümət yenə yaradılmayıb. İsrailin prezidenti Reuven Rivlin Qantza hökümət yaratması üçün göstəriş verib, çünki Netanyahu bu il keçirilən digər iki seçkidə bunu etməkdə müvəffəq olmayıb.

“Mən dünən Likudun sədri Benyamin Netanyahu ilə görüşdüm. Bu hərtərəfli görüş oldu. Təəssüf ki, biz real irəliləyiş əldə edə bilmədik. Mən ümid edirəm ki, biz gələcəkdə bunu edə biləcəyik”, Qantz deyib.

Həm Netanyahu həm Qantz bazar ertəsi ölkədə səfərdə olan ABŞ-ın nümayəndə heyəti ilə görüşüb. Netanyahu ABŞ-ı İrana qarşı daha çox sanksiya tətbiq etməyə çağırıb. Birləşmiş Ştatların maliyyə naziri Stiv Mnuçin deyib ki, indiyədək iqtisadi sanksiyalar nəticə verib və lazım olsa, İranın nüvə silahları əldə etməsinin qarşısını almaq məqsədilə Tehrana daha çox sanskiya tətbiq olunacaq.

Biz Ərdoğanın aqressiyasını, onun kürdlərin həyatlarını terrora məruz qoymağa davam etdiyini görəndə səssiz qala bilmərik. O daha öncə bunu Türkiyədə edirdi, indi isə Suriyada edir. Və biz beynəlxalq icitmiayyəti bununla bağlı tədbir görməyə çağırıq.
Danni Danon


“Biz bunu İran xalqına ziyan vurmaq üçün etmirik. Biz bunu İranın pis əməllərinin, terroru ixrac etməsinin, nüvə imkanları və raketlər istehsal etməsinin qarşısını almaq üçün edirik”, Mnuçin söyləyib.

İsrail həmçinin Türkiyənin Suriyaya hərbi müdaxiləsinə dair narahatlığını da ifadə edib.

“Biz Ərdoğanın aqressiyasını, onun kürdlərin həyatlarını terrora məruz qoymağa davam etdiyini görəndə səssiz qala bilmərik. O daha öncə bunu Türkiyədə edirdi, indi isə Suriyada edir. Və biz beynəlxalq icitmiayyəti bununla bağlı tədbir görməyə çağırıq” – deyə, İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon deyib.

Fələstinli rəsmi isə İsraili fələstinlilərə qarşı bənzər hərəkətlər etməklə beynəlxalq qanunu pozmaqda günahlandırıb.

ABŞ nümayəndə heyəti regiona səfəri zamanı fələstinli liderlərlə görüşməyib. Fələstinlilər prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra ABŞ rəsmiləri ilə hər hansı görüş keçirməyi rədd edib. Fələstinlilər Şərqi Qüdsün gələcəkdə Fələstin dövlətinin paytaxtı olmasını istəyir.

XS
SM
MD
LG