Accessibility links

Benyamin Netanyahu Moskvada Trampın sülh planını müzakirə edib


İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların Yaxın Şərq üzrə sülh planını və Rusiyada həbs edilmiş israilli qadını vətəninə aparmaq üçün cümə axşamı Moskvaya gedib.

Netanyahu Donald Trampın çoxdan gözlənilən sülh planını çərşənbə axşamı Vaşinqtonda təqdim etməsindən sonra Moskvaya yola düşüb.

Trampın planı İordan çayının qərb sahilinin əsas hissəsini İsrailə təhvil verməklə Fələstin dövlətini qurmağı nəzərdə tutur. Planda sərhədlər, jəhudi yaşayış məntəqlərinin inşası və Qüdsün ststusu ilə bağlı İsrailin tələb etdiyi bəzi məqamlarda tərəf saxlanılır.

Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Kremldə müzakirələr zamanıplan haqda danışıb və bu barədə onun fikirlərini eşitmək istədiyini deyib.

"Siz Vaşinqtonda Trampın Əsrin Sövdələşməsi üçün etdiyim ziyarətdən sonra bu planı müzakirə etdiyim ilk lidersiniz. Düşünürəm ki, burada yeni bir fürsət, bəlkə də bənzərsiz bir fürsət var. Bunu sizinlə müzakirə edib fikirlərinizi eşitmək istərdim" - deyə, o bildirib.

Tramp planını həm İsrail, həm də fələstinlilər üçün "qazanc" adlandırıb və fələstinliləri müstəqillik fürsətini əldən verməməyə çağırıb. Lakin fələstinlilərin prezidenti Mahmud Abbas bu planı "cəfəngiyyat" adlandıraraq, onu rədd edib və müqavimət göstərəcəyini bildirib.

Putin açılış nitqində Trampın planı haqqında danışmayıb. Rusiya rəsmiləri də bu günə qədər bu məsələ ilə bağlı şərh verməkdən çəkinib. Belə ki, Kreml İsraillə olan yaxşı əlaqələri davam etdirmək istəyini və Tramp administrasiyası ilə münasibətləri yaxınlaşdırmaq ümidinə görə ehtiyatlı davranmağa çalışır.

İsrail liderinin Moskva səfəri Putinin aprel ayında Hindistandan İsrailə gedərkən Moskvanın hava limanında həbs edilən 26 yaşlı Naama Issaxarı əfv etməsindən bir gün sonraya təsadüf edir. Rusiya rəsmiləri onun baqajından doqquz qramdan çox həşiş tapıldığını və bu səbəbdən onun 7 il yarım həbsə məhkum edildiyini bildirmişdi.

Putin Netanyahudan İssaxar və onun anasına salamını çatdırmasını xahiş edib.

"Naama Issaxarı əfv etdiyiniz üçün mən bütün İsrail xalqı adından sizə təşəkkür edirəm" - deyə, Netanyahu bildirib.

O əlavə edib ki, Rusiya-İsrail münasibətləri indiyədək olduğundan daha yaxşıdır.

Naama İssaxar təyyarəyə Netanyahu və onun həyat yoldaşı ilə birlikdə minib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG