Accessibility links

Netanyahu ABŞ-ın yaşayış məntəqələrinə dair qərarını alqışlayır


İsrailin baş naziri Birləşmiş Ştatların İsrailin yaşayış məntəqələrinin beynəlxalq hüquqlara zidd olmadığını elan etməsini bayram etmək üçün çərşənbə axşamı İordan çayının Qərb Sahilinə gedib.

Benyamin Netanyahu Tramp administrasiyasının bu bəyanatını “böyük nailiyyət” adlandıraraq, onun “tarixi səhvi” düzəltdiyini bildirib. Bu son addım keçmiş prezident Barak Obamanın siyasətinin tam dəyişdirilməsi və ABŞ-ın 40 illik siyasətindən tam geri çəkilmək deməkdir.

“Fikrimcə, bu, İsrail dövləti üçün möhtəşəm gündür və nəsillər boyu davam edəcək bir nailiyyətdir,” Netanyahu bildirib.

Tramp administrasiyası indiyədək Qüdsü İsrail paytaxtı kimi tanıyıb, İsrailin Qolan Təpəliklərini zəbtini tanıyıb və Vaşinqtondakı Fələstin diplomatik ofislərini qapadıb.

Netanyahu bunu çərşənbə axşamı tərəfdarlarının və Qüds yaxınlığında yerləşən Alon Şvut yaşayış məntəqəsinin liderlərinin toplaşdığı zaman deyib.

İsrailin sağçı liderləri ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasını alqışlayıb. Simvolik addım olsa da, bu, məskunlaşma tərəfdarlarının tikinti işlərinin artması və hətta İordan çayının Qərb Sahilindəki bəzi bölgələrin ilhaqı çağırışlarının güclənə biləcəyinə səbəb ola bilər.

İordan çayının Qərb Sahilinin gələcək dövlətlərinin bir hissəsi olduğunu iddia edən fələstinlilər bu qərarı qınayıb. Onlar və digər ölkələr belə bir addımın geniş sülh danışıqlarına mane olacağını bildirib.

İsraildə səsvermə ərəfəsində Likud partiyasını təşviq edən siyasi reklam lövhəsi Prezident Donald Trampla Likud sədri Benyamin Netanyahunun yaxşı münasibətlərini sərgiləyir. 16 sentyabr, 2019.
İsraildə səsvermə ərəfəsində Likud partiyasını təşviq edən siyasi reklam lövhəsi Prezident Donald Trampla Likud sədri Benyamin Netanyahunun yaxşı münasibətlərini sərgiləyir. 16 sentyabr, 2019.

Fələstinlilər deyir ki, məskunlaşmalar qeyri-qanunidir və Fələstin dövlətinin təşəkkül tapmasının qarşısını alır. İsrail bildirir ki, məntəqələrin taleyi danışıqlarda həll olunmalıdır.

Ərəb Liqası Tramp administrasiyasının qərarını sərt tənqid edib.

Liqanın baş katibi Əhməd Əbul Ğayt qərarın fələstinlilərə qarşı "daha çox zorakılığa və qəddarlığa" yol açağını və sülh səylərinə zərbə endirdiyini bildirib.

Tramp administrasiyası İsrailin xeyrinə bir neçə qərar qəbul edib. Bu sıraya Birləşmiş Ştatların Qüdsü İsrail paytaxtı kimi tanıması, İsrailin Qolan Təpəliklərini zəbtini tanıması və Fələstin diplomatik ofislərini Vaşinqtonda qapatması daxildir.

XS
SM
MD
LG