Accessibility links

Netanyahu yəhudi yaşayış məntəqələrini anneksiya edəcəyinə vəd verib


İsrailin baş naziri Benyamin Netanyahu yenidən seçildiyi təqdirdə, işğal edilmiş İordan çaynın qərb sahilindəki yəhudi yaşayış məntəqələrini anneksiya edəcəyinə vəd verib.

İsrailin 12 News xəbər agentliyinə müsahibəsi zaman o deyib ki, İsrail növbəti mərhələyə keçməli və İordan çayının qərb sahilinin nəzarətini əlinə almalıdır. Netanyahu beləlikə, yəhudi yaşayış məntəqələrini kökündən qoparmadan suverenliyi təmin edəcəyini bildirib.

“Əgər öyrəndiyimiz bir şey varsa, bu da əraziləri tərk etdiyimiz anda ekstremizmin baş qaldıraraq bizi məhv edəcəyidir. Mən İsrail dövlətinin ürəyini onlara vermərəm" - deyə, Netanyahu bildirib.

İsrailin baş nazirinin dedikləri Fələstin ərazilərindən əl çəkilməməsi tərəfdarları kiçik sagçı partiyalar və sərtxətt tərəfdarı mühafizəkarlara ünvanlanıb.

2014-cü ildən dalana dirənən sülh müzakirələrində yəhudi məskunlaşmaları əsas maneələrdəndir.

Fələstin prezidentinin sözçüsü Nabil Əbu Rdaynah Reuters-ə bildirib ki, heç bir bəyanat faktları dəyişməyəcək. O deyib ki, yəhudi yaşayış məntəqələri qanunsuzdur və onlar söküləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG