Accessibility links

Netanyahu yeni hökuməti təşkil edə bilməyib


İsrailin baş naziri Benyamin Netanyahu keçən ay keçirilən parlament seçkilərindəki qeyri-müəyyənlikdən və koalisiyada çoxluq yarada bilmədikdən sonra yeni hökumət qurmaq cəhdindən imtina etdiyini bildirib.

Mühafizəkar “Likud” partiyasının başçısı olan Netanyahu İsrail prezidenti Ruvin Rivlinə Qantzın mərkəzçi “Mavi və Ağ” partiyası ilə birlik hökumətinə qoşularaq Knessetdə 61 yerlə çoxluq təşkil edə bilmədiyini bildirib.

Facebook-da yayımlanan videoda Netanyahu bu uğursuzluqda Qantzı günahlandırıb.

"Son bir neçə həftədir Benny Qantzı danışıqlar masasına gətirmək, geniş milli hökumət qurmaq üçün çox səy göstərdim, daha bir seçkinin keçirilməməsi üçün çox səy göstərdim" - deyə, Netanyahu bildirib.

Netanyahunun bu qərarı onun mərkəzçi rəqibi Benny Qantzın qanunvericiləri bir araya gətirərək, koalisiyada çoxluq yaratmasına və ölkənin yeni lideri olmasına yol aça bilər.

İsrail qanununa görə, Qantz 28 gün ərzində hökumət qura bilməzsə, hansısa parlament üzvü bundan sonrakı 21 gündə hökumət qurmağa cəhd edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG