Accessibility links

Ağ Ev rəsmisi İsrail baş nazirinin Konqres qarşısında çıxış etmək qərarını qınayır


Cənab Obama səfəri zamanı Netahyahu ilə görüşməyəcəyini bildirib

ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ın başçılığı ilə İranla nüvə proqramına dair danışıqlar barədə Konqres qarşısında çıxış etmək qərarını kəskin şəkildə tənqid edib.

Cənab Netanyahu Nümayəndələr Palatasının spikeri Con Beynerin martın 3-ü Konqresin birgə iclasında çıxış etmək təklifini qəbul edib. İclasdan iki həftə sonra İsraildə parlament seçkiləri keçiriləcək.

Amerika tele-jurnalisti Çarli Roza müsahibə verən Süzan Rays bu qərarın ABŞ və İsrail arasında ikitərəfli əlaqələrə "firqəçilik elementi" gətirdiyini bildirib.

Süzan Rays cənab Netanyahunun qərarının uğursuz olduğunu deməklə yanaşı, onu həm də münasibətlərdə mənfi element kimi qiymətləndirib.

Ağ Ev cənab Beynerin İsrail liderini Obama administrasiyasının rəsmilərindən xəbərsiz Konrqesə dəvət etməsinə görə qəzəblənib. Cənab Obama Netahyahu ilə səfəri zamanı görüşməyəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG